SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İlham Əliyev Türkiyə nümayəndə heyətini qəbul edib

22-12-2015, 17:16 | Oxunub: 12 706 |

İlham Əliyev Türkiyə nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı noyabr ayında Türkiyədə keçirilən parlament seçkilərində qazanılan qələbə və Türkiyə Böyük Millət Məclisinin sədri kimi mötəbər vəzifəyə seçilməsi münasibətilə İsmayıl Qəhrəmanı təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın ilk xarici səfərini qardaş ölkəyə etməsindən məmnunluğunu bildirdi. Bu ayın əvvəlində Baş nazir Əhməd Davudoğlunun ölkəmizə səfərini xatırlayan dövlətimizin başçısı bunun gözəl ənənə olduğunu vurğulayaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident seçiləndən sonra ilk səfərini Azərbaycana və özünün 2013-cü ildə Prezident seçiləndən sonra ilk xarici səfərini qardaş ölkəyə etməsini məmnunluqla xatırladı və bunu Azərbaycan-Türkiyə birliyinin yaxşı nümunəsi kimi dəyərləndirdi. Prezident İlham Əliyev bir daha qeyd etdi ki, dünyada Azərbaycan ilə Türkiyə kimi bir-birinə bağlı olan ölkələr tapmaq çox çətindir. Dövlətimizin başçısı Azərbaycanın 24 illik müstəqilliyi dövründə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin böyük sınaqlardan çıxdığını vurğuladı. Prezident İlham Əliyev bu gün ölkələrimizin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla əməkdaşlıq etdiklərini və bir-birinə verdikləri qarşılıqlı dəstək sayəsində daha da gücləndiklərini qeyd etdi. Azərbaycan-Türkiyə iş birliyinin və dostluğunun regionda mühüm amilə çevrildiyini bildirən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləmələrinin önəmini də qeyd etdi. Prezident İlham Əliyev Türkiyənin G20-yə ev sahibliyi edən bir dövlət kimi Azərbaycanı bu tədbirə dəvət etməsindən məmnunluğunu bildirdi və Azərbaycan ilə Türkiyənin bir-birinə ən yaxın müttəfiq ölkələr olduğunu dedi. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın mühüm yer tutduğunu vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirdi. Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrü xatırlayan dövlətimizin başçısı ölkəmizin bu təşkilata üzv olduğu ilk vaxtlardan başlayaraq nümayəndə heyətləri arasında sıx əməkdaşlığın qurulduğunu məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın ölkəmizə səfərinin əməkdaşlığımızın gələcəkdə daha da genişləndirilməsi işində önəmli rol oynayacağına ümidvar olduğunu bildirdi.

Türkiyə ilə Azərbaycanın qardaş ölkələr olduğunu vurğulayan Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman “Bir millət, iki dövlət” fikrinin artıq hər iki xalqın şüurunda möhkəm yer tutduğunu dedi. O, Türkiyə rəhbərlərinin ilk xarici səfərlərini Azərbaycana etmələrini məmnunluqla vurğuladı. Azərbaycana əvvəlki səfərlərini xatırlayan İsmayıl Qəhrəman ötən dövrdə Bakıda gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın birinci Avropa Oyunlarını mükəmməl şəkildə təşkil etdiyini də vurğuladı. Noyabrın 1-də hər iki qardaş ölkədə parlament seçkilərinin uğurla başa çatdığını deyən İsmayıl Qəhrəman əməkdaşlığın və həyata keçirilən müştərək layihələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini söylədi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

İlham Əliyev Türkiyə nümayəndə heyətini qəbul edibİlham Əliyev Türkiyə nümayəndə heyətini qəbul edib
İlham Əliyev Türkiyə nümayəndə heyətini qəbul edib

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR