17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"AŞIQ SƏNƏTİ VƏ QƏRB ŞAİRLƏRİ"
Fransanın Müluz şəhərinin Yuxarı Alzas Universitetində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Fransadakı səfirliyimizin dəstəyi ilə “Aşıq sənəti və qərb şairləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
"EMTV.az" xəbər verir ki, Universitetin nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi kafedrasında təşkil olunan konfransda azərbaycanlı mütəxəssislər və xarici ekspertlər iştirak ediblər.
Tədbiri Yuxarı Alzas Universitetinin prezidenti xanım Kristin Qanqlof-Ziqler açaraq Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, konfrans iştirakçılarına uğurlar arzulayıb.
Ədəbiyyat, dil və humanitar elmlər fakültəsinin dekanı, Nizami Gəncəvi kafedrasının müdiri xanım Qreta Komur-Tilua tədbirdə çoxsaylı mütəxəssislərin iştirakının Azərbaycan aşıq sənətinə olan böyük marağı əks etdirdiyini bildirib.
Səfirliyin əməkdaşı Ayaz Qocayev Yuxarı Alzas Universitetinin Azərbaycanın Təhsil Nazirliyi və Gəncə Dövlət Universiteti ilə məhsuldar əməkdaşlığına görə universitet rəhbərliyinə təşəkkür edib. O, yaranmasından qısa vaxt keçməsinə baxmayaraq, belə mühüm tədbiri təşkil etdiyinə görə Nizami Gəncəvi kafedrasının fəaliyyətini yüksək qiymətləndirib.
Yuxarı Alzas Universitetinin Məhsəti Gəncəvi zalında baş tutan konfransda ilk olaraq dünya şöhrətli alim, nizamişünas professor Maykl Bari çıxış edib. O, XI, XII, XIII əsrlərə aid Şərq və Qərb yazarlarının əsərlərində məhəbbət mövzusunun müqayisəli təhlilindən danışıb.
Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı aşıqların söz, musiqi və hərəkət-davranış qaydaları, aşıq sənətinin yaranma və inkişaf tarixi barədə məlumat verib.
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun nümayəndəsi Sənubər Bağırova “Müasir Azərbaycan cəmiyyətində aşıqlar”, Akademiyanın Folklor İnstitutunun əməkdaşları İlhamə Qəsəbova “Aşıq sənətində ustad-şagird münasibətlərinin milli çalarları”, Aynur Qəzənfərqızı “Cəlili aşıq musiqisi”, Gəncə Dövlət Universitetinin müəllimi Məhərrəm Orucov “Azərbaycanda aşıq sənəti” və gənc hüquqşünas Aygün Zeynalova “Aşıq sənətində humanizm ideyaları və insan haqları” mövzusunda məruzələrlə çıxış ediblər.
İranlı aşıq, bəstəkar və araşdırmaçı Çingiz Mehdipur, əlcəzairli mütəxəssis Səlim Dada, Sorbon Universitetinin tələbəsi Linda-Navel Tebbani, digər mütəxəssislər aşıq sənəti ilə bağlı fikirlərini bildiriblər. Çıxışlardan sonra müzakirələr və fikir mübadiləsi aparılıb.
Tədbir Müluz şəhərinin bələdiyyə teatrında azərbaycanlı gənc müğənni Araz Hümbətlinin konsert proqramı ilə davam edib. Onun saz və nağara ilə müşayiət olunan və qərb Rok musiqisi ilə sintez etdiyi musiqilər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.