SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVAN MR-da AŞIQLAR BİRLİYİNİN KONFRANSI KEÇİRİLDİ

28-01-2016, 13:19 | Oxunub: 12 212 |

NAXÇIVAN MR-da AŞIQLAR BİRLİYİNİN KONFRANSI KEÇİRİLDİ
Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin konfransı keçirilmişdir.

"EMTV.az"-ın Naxçıvandakı mətbuat mərkəzindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmməd­ov konfransın gündəliyində duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransda Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin hesabatının dinlənilməsi, təşkilatın yeni İdarə Heyəti üzvlərinin və qurumun sədrinin seçilməsi, Nəzarət-Təftiş Komissiyasının say tərkibinin müəyyənləşdirilməsi və komissiya üzvlərinin seçilməsi məsələləri müzakirəyə çıxarılacaqdır.
Konfransın gündəliyi yekdilliklə qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri İxtiyar Seyidov birliyin 5 illik fəaliyyəti barədə danışaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Muxtar respublika mədəniyyəti bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respub­likasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra muxtar respublikada Aşıqlar Birliyi yaradılmışdır. Həmin tarixdən etibarən aşıq sənətində yeni inkişaf mərhələsi başlanmışdır. Aşıq sənətinin inkişafına göstərilən qayğı Naxçıvan aşıqlarının yaradıcılıq imkanlarını daha da genişləndirmişdir. Aşıqlar yaradılan şəraitdən istifadə edərək bu sənətin tarixi sənətkarlıq xüsusiyyətlərini dərindən öyrənərək yaradıcılıqlarını davam etdirirlər.

Bildirilmişdir ki, aşıq sənətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində 2009-cu ilin dekabrında yaranan Aşıqlar Birliyi gənc və istedadlı aşıqları bir araya gətirmiş və 2010-cu ilin avqust ayında Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində ilk konsertini keçirmişdir.

Daha sonra Aşıqlar Birliyinin İdarə Heyətinin yeni tərkibi seçilmişdir.
Aşıqlar Birliyinin üzvü Zeynəb Yusifova çıxış edərək demişdir ki, bu gün mədəniyyət sahəsinə, o cümlədən aşıq sənətinə göstərilən dövlət qayğısı birliyin fəaliyyətində ciddi dönüş yaradılmasını və qarşıda duran vəzifələrin günün tələbləri səviyyəsində həyata keçirilməsini zəruri edir. Zeynəb Yusifova birliyin qarşısına qoyulan vəzifələri lazımi səviyyədə icra edə biləcəyini, bu sahədə istedad və təşkilatçılıq qabiliyyətinin yüksək olduğunu əsaslandıraraq Aşıqlar Birliyinin sədri vəzifəsinə Tural Bağır­ovun namizədliyini irəli sürmüşdür.
Birliyin digər üzvü Fətəli Axundzadə də Tural Bağırov barədə səsləndirilən fikirlərə qoşulduğunu qeyd etmişdir.
Təklif səsə qoyulmuş və yekdilliklə dəstəklənmişdir.
Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin yeni sədri Tural Bağırov ona göstərilən etimada görə birliyin üzvlərinə minnətdarlığını bildirmiş, etimadı doğrultmaq üçün səylə çalışacağını qeyd etmişdir. Vurğulamışdır ki, birliyin qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün lazımi şərait yaradılmışdır. O bildirmişdir ki, muxtar respublikada aşıq sənətinin və istedadlı aşıqlarımızın tanıdılması, aşıq musiqisinin təbliği ilə bağlı fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışacaqdır.
Birliyin Nəzarət-Təftiş Komissiyasının say tərkibi müəyyənləşdirildikdən və komissiya üzvləri seçildikdən sonra konfransın qərar layihəsi oxunmuş və yekdilliklə qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfransda çıxış edərək Aşıqlar Birliyinin ötən müddət ərzində fəaliyyətində olan nöqsanlardan danışmışdır. Qeyd etmişdir ki, birlik gələcəkdə buraxılan nöqsanları aradan qaldırmalı, muxtar respublikada musiqi mədəniyyətinin inkişafı və təbliği istiqamətində fəaliyyətini gücləndirməli, mədəni irsin qorunub saxlanmasında yaxından iştirak etməlidir. Birliyin illik iş planı hazırlanmalı və icrasına nail olunmalıdır. Birliyin üzvlərinin tərkibinə yenidən baxılmalı, gənc aşıqların üzvlüyə qəbulu diqqətdə saxlanılmalıdır.
Rəhman Məmmədov diqqətə çatdırmışdır ki, Aşıqlar Birliyi gənc istedadları aşkara çıxarmaq üçün müxtəlif səpkili müsabiqələr, tədbirlər keçirməli, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına çalışmalı, musiqi təhsili müəssisələrində ustad dərsləri təşkil etməlidir. Bu mənada, Naxçıvan Musiqi Kollecinin Aşıq sənəti ixtisasının Aşıqlar Birliyinin hamiliyinə verilməsi buna geniş imkanlar açır. Bununla yanaşı, Yazıçılar Birliyi və Bəstəkarlar Təşkilatı ilə birgə layihələr hazırlanmalı və həyata keçirilməlidir. Naxçıvan şəhəri ilə yanaşı, rayonlarda, eləcə də kənd mərkəzlərində yaradıcı­lıq görüşləri, saz-söz məclisləri təşkil edilməlidir. Aşıqlar Birliyi Naxçıvan Dövlət Televiziyası ilə də əlaqələri gücləndirməli, üzvlərin iştirakı ilə aşıq yaradıcılığı ilə bağlı verilişlər təşkil olunmalıdır.


informasiya şöbəsi

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR