17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
FORUMDA 1500-DƏN ÇOX NÜMAYƏNDƏ İŞTİRAK EDİB
Aprelin 27–də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna həsr olunmuş mətbuat konfransı keçirilib.
"EMTV.az" xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumun statistik göstəriciləri barədə məlumat verib. O, Forumda ümumilikdə 147 xarici ölkədən 1500-dən çox nümayəndənin, o cümlədən prezidentlərin, Baş nazirlərin, Baş nazir müavinlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyini, 45 panel iclasının, təqdimat və qrup görüşlərinin, 86 mədəni tədbirin keçirildiyini, tədbirlərdə 167 natiqin çıxış etdiyini, Forumun işini işıqlandırmaq üçün 120 mətbuat orqanının akkreditasiyadan keçdiyini, bu tədbirlə bağlı televiziyalarda 304, qəzetlərdə 304, internet resurslarında isə 3542 informasiyanın verildiyini vurğulayıb. Nazir Forum çərçivəsində Bakı Bəyannaməsi kimi əhəmiyyətli sənədin imzalandığını qeyd edib.
Daha sonra çıxış edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
O, Forumda bir sıra əhəmiyyətli məsələlərin müzakirə olunduğunu deyib, tədbirin zorakı ekstremizmin qarşısının alınmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Nasir Əbdüləziz Əl-Nasir deyib ki, bağlanış mərasimində Sivilizasiyalar Alyansının Məşvərətçi Şurasının yaradılmasını təklif edəcək. Bu Məşvərətçi Şurada müxtəlif qurumların nümayəndələri yer alacaq ki, onlar vaxtaşırı ali nümayəndəyə müxtəlif tövsiyələr təqdim edəcəklər.
Jurnalistlərin suallarını cavablandıran ali nümayəndə Bakı Bəyannaməsinin BMT-nin rəsmi sənədi olacağını vurğulayıb.
Sonda Bakı Qlobal Forumu ilə bağlı fotoqraflar arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.