SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

GƏNCLƏR FORUMU İŞİNİ BAŞA ÇATDIRIB

25-04-2016, 20:35 | Oxunub: 10 462 |

GƏNCLƏR FORUMU İŞİNİ BAŞA ÇATDIRIB
“İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Bakı Konqres Mərkəzində keçirilən Gənclər Forumu aprelin 25-də işini başa çatdırıb.

"EMTV.az" xəbər verir ki, Forumun bağlanış mərasimində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Milli Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev, BMT baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavi, Gənclər Forumunda beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər, xarici və yerli gənclər təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Tədbirin moderatoru, UNAOC-un Sülh və insan hüquqları proqramının direktoru Meqan Aurea Villanueva Gənclər Forumu çərçivəsində keçirilən biznes simpozium və əməkdaşlıq toplantılarında səmərəli müzakirələrin aparıldığını vurğulayıb. O, müzakirələrdə əsasən Minilliyin İnkişaf Məqsədlərindən olan dözümlülük və zorakılığın qarşısının alınması məsələlərinin müzakirə edildiyini deyib. Bildirib ki, müzakirələr zamanı bir çox məsələlər, o cümlədən gender bərabərliyi, münaqişələrin həllində gənclərin rolu barədə fikir mübadiləsi aparılıb.

Sonra əməkdaşlıq toplantılarında aparılan müzakirələrin yekunları barədə çıxışlar olub.

“KİV üçün mürəkkəb tapşırıqlar” mövzusunda keçirilən toplantının yekunları barədə məlumat verilərkən qeyd edilib ki, müzakirələrdə azad mətbuatın formalaşdırılması və KİV sahəsində çoxsaylı strategiyalar diqqət mərkəzində olub.

“İnklüziv cəmiyyətlərdə birgəyaşama, miqrasiya nöqteyi-nəzərindən çağırış və məqsəd” mövzusunda toplantıda aparılan müzakirələr barədə məlumat verilərkən qeyd edilib ki, hazırda miqrasiya axınları əsasən müharibə və böhranlar nəticəsində baş verir ki, bu proses qeyri-nizami olur. Dünyada hər 20 saniyədə bir insan miqrasiya etməyə məcbur qalır. Bildirilib ki, bu mövzu üzrə aparılan müzakirələrdə dünyada inklüzivliyə nail olmaq üçün miqrantların sosial reabilitasiyası gücləndirilməlidir.

“Təhsillə bağlı çağırış və hədəf” mövzusu üzrə toplantının yekunu ilə bağlı məlumat verilərkən bildirilib ki, müharibələr və ayrı-seçkilik təhsilə çıxış imkanlarını məhdudlaşdırır. Bu halların qarşısı alınmalıdır ki, təhsil sistemi cəmiyyətin bütün üzvləri üçün açıq olsun. Davamlı inkişafa nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinə bərabər təhsil imkanları yaradılmalıdır.

“İnklüziv cəmiyyətlərdə birgə yaşama. Nifrət nitqinə yox” mövzusu üzrə müzakirələrin yekunu haqqında danışılarkən diqqətə çatdırılıb ki, sosial medianın imkanlarından istifadə edilməklə nifrət nitqinin qarşısını almaq olar. Bu prosesdə fikir azadlığının məhdudlaşdırılması deyil, müsbət təcrübələrin genişləndirilməsi yolu ilə daha böyük və səmərəli nəticələrə nail olmaq mümkündür.

“Gender problemləri və məqsədlər” mövzusu üzrə müzakirələrdə səsləndirilən fikirlər barədə məlumat verilərkən bildirilib ki, toplantıda bir sıra cəmiyyətlərdə gender ayrı-seçkiliyinin norma halı alması ciddi tənqid olunub və bu problemin aradan qaldırılması yolları barədə fikir və təkliflər səsləndirilib. Qeyd olunub ki, inkişafa və sülhə nail olmaq üçün gender bərabərliyi problemi həll edilməli, qadınlar üçün təhsildə, işdə və digər sahələrdə əlverişli şərait yaradılmalıdır.

“Millətlərarası çağırış və hədəflər” mövzusu üzrə toplantıda aparılan müzakirələr barədə danışılarkən diqqətə çatdırılıb ki, tədbirdə əsasən millətlərarası inkişaf üzrə proqram və məqsədlər ətrafında fikirlər səsləndirilib. Qeyd edilib ki, hazırda mədəniyyətlərarası dialoq və multikulturalizm ilə yanaşı, millətlərarası əməkdaşlıq və dialoq da inkişaf etdirilməli, beynəlxalq festivallar və s. tədbirlər keçirilməlidir.

“Dinlərarası nöqteyi-nəzərdən çağırış və məqsədlər” mövzusu üzrə aparılan müzakirələrin yekunu ilə bağlı danışılarkən vurğulanıb ki, toplantıda gənclərin müsbət dəyişikliklər istədikləri və səylərini bu istiqamətdə gücləndirmək əzmində olduqlarını ifadə etdikləri diqqətə çatdırılıb.

“Uşaqlar və gənclər: insanlarla bağlı çağırış və məqsədlər” mövzusu üzrə müzakirələrin nəticələri barədə deyilib ki, hazırda cəmiyyətin bütün üzvləri uşaqlar və gələcək naminə çalışmalı, onlar üçün sülhün bərqərar olduğu sağlam gələcək qurmalıdırlar.

“Münaqişələrin təzyiqlərinə məruz qalan ərazilərlə bağlı çağırış və məqsədlər” mövzusunda müzakirələrin nəticələrindən danışılarkən qeyd olunub ki, çıxışlarda əsasən münaqişələrlə bağlı həqiqətlərin dünyaya çatdırılması ilə bu münaqişə və problemlərin qarşısını almaq mümkündür.

Sonda “Sülhün bərqərar olunması ilə bağlı çağırış və məqsədlər” mövzusunda toplantıda aparılan müzakirələrin nəticələri barədə məlumat verilib. Toplantıda üçüncü minilliyin sonunda yenə də aclıq, müharibə və fəlakətlərin yaşandığı qeyd edilib. Bildirilib ki, bunun qarşısının alınması üçün fərdlər, qeyri-hökumət təşkilatları səylərini birləşdirərək birgə mübarizə aparmalıdır.

BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bütün toplantılarda səmərəli müzakirələrin aparıldığını vurğulayıb. Biz fəxr edirik ki, BMT Sivilizasiyalar Alyansının nümayəndələri olaraq burada mühüm məsələləri müzakirə etdik. Bu gün səsləndirilən fikir və mövqelər güclü gəncliyin baxışlarıdır.

Nasir Əbdüləziz Əl-Nasir davamlı inkişafa nail olmaq üçün gənclərin təşəbbüs, enerji və imkanlarından istifadə edilməsinin mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, təhsil, sülh mədəniyyətinin və digər biliklərin yayılması, sosial inklüzivliyin bərqərar olunması baxımından mühüm əhəmiyyət daşıyır. Keyfiyyətli təhsilə bərabər çıxış və hamı üçün eyni şəraitə malik iş imkanının təmin edilməsi məhz inklüzivliyə nail olunması baxımından vacib rol oynayır.

Davamlı inkişafa nail olmaq üçün fərqlərə hörmət edilməsinin önəmini qeyd edən Əl-Nasir Gənclər Forumunda güclü təsirə malik fikir və təkliflərin səsləndirildiyini və bunun üçün onların ümumiləşdirilərək bütün dünyaya yayılmasının əhəmiyyətini vurğulayıb.

Diqqətə çatdırılıb ki, inklüziv cəmiyyət gənclərin iştirakı olmadan qurula bilməz. Buna görə də biz gənclərin daha geniş səviyyədə iştirak imkanları ilə təmin edilməsinə nail olmalıyıq. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, səmərəli müzakirələrə görə onlara minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Milli Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev tədbirdə iştirak edən gənclərə minnətdarlığını bildirib. Nazir deyib ki, dünyadakı fərqliliklər və müxtəlifliklər əslində planetin daha füsunkar olmasını təmin edir. Ona görə də biz daha rəngarəng planet üçün səylərimizi əsirgəməməliyik.

Ə.Qarayev deyib ki, Azərbaycanda gənclərin təşəbbüslərinin və fəaliyyətlərinin təmin olunması üçün geniş imkanlar yaradılır. Çünki Azərbaycanda tarixən müxtəlif millətlərin, xalqların, dinlərin nümayəndələrinin fikirlərinə hörmətlə yanaşılıb.

Azərbaycanda da minlərlə gəncin müharibə nəticəsində valideynlərini itirdiyini vurğulayan mədəniyyət və turizm naziri dünyada problemlərin və münaqişələrin qarşısını almaq üçün gənclərin fəallığının artırılmasının vacibliyini qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavin BMT Sivilizasiyalar Alyansının çox mühüm platforma olduğunu vurğulayaraq hazırda dünyada qaynar münaqişə zonalarının olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, birgəyaşayışa nail olmadan sülhün və davamlı inkişafın təmin edilməsi mümkün deyil. Ahmad Rafi Mohamad Alhendavin Gənclər Forumunda aparılan müzakirələrdə sülhün bərqərar olunması mesajlarının verilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək bu baxımdan yanlış çağırışların qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR