17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
PREZİDENT İLHAM ƏLİYEV QAZAXISTAN PARLAMENTİ SENATININ SƏDRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jormart Tokayev Prezident Nursultan Nazarbayevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna toxunan qonaq müasir böhranlı dövrdə Forumun ideya və məqsədlərinin böyük əhəmiyyət daşıdığını və Birləşmiş Millətlər Təşkilatının belə bir tədbirinin Bakıda keçirilməsinin önəmini vurğuladı.
"EMTV.az" xəbər verir ki, Dövlətimizin başçısı bildirdi ki, BMT-nin Sivilizasiyalar Alyansının növbəti Forumunun Bakıda keçirilməsi ölkəmizin sivilizasiyalararası dialoq çərçivəsində fəaliyyətinə verilən qiymətin nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanda bu istiqamətdə görülən işlərin, keçirilən tədbirlərin xalqların yaxınlaşması və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə xidmət etdiyini vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə bu yaxınlarda İstanbulda İslam Əməkdaşlıq Təşkilatının növbəti Sammitində görüşünü məmnunluqla xatırladı. BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunda Qazaxıstanın bu cür yüksək səviyyədə təmsil olunmasına görə minnətdarlıq edən dövlətimizin başçısı bunu Qazaxıstanın həm Forumda müzakirə ediləcək məsələlərə olan marağının, həm də Azərbaycana münasibətinin yaxşı göstəricisi kimi dəyərləndirdi. Qazaxıstan parlamenti Senatının sədrinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı tədbirin maraqlı müzakirələrin aparılması və ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyinin nəzərdən keçirilməsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu dedi.
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.