18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BELARUS MİLLİ MƏCLİSİNİN SƏDRİ BAKIDA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Belarus Respublikası Milli Məclisinin sədri Mixayil Myasnikoviçi qəbul edib.
Belarus Respublikası Milli Məclisinin sədri Mixayil Myasnikoviç Prezident Aleksandr Lukaşenkonun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Dörd il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan Mixayil Myasnikoviç ötən dövr ərzində paytaxtımızda çox böyük dəyişikliklərin baş verdiyinin şahidi olduğunu bildirdi. O, Prezident İlham Əliyevi Azərbaycanın əldə etdiyi uğurlar, müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə qazandığı böyük nailiyyətlər münasibətilə təbrik etdi. Mixayil Myasnikoviç Azərbaycanın müxtəlif beynəlxalq miqyaslı mötəbər tədbirlərə, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməsinin önəmini vurğuladı.
"EMTV.az" xəbər verir ki, Dövlətimizin başçısı Belarus Respublikasına bir neçə dəfə rəsmi səfər etdiyini və hər dəfə ölkədə inkişafın, tərəqqinin, nizam-intizamın və səmimiyyətin şahidi olduğunu dedi. Son vaxtlar dünyada və Avropada Belarusun roluna və uğurlu inkişafına böyük önəm verildiyini vurğulayan Prezident İlham Əliyev əldə olunmuş bütün bu nailiyyətlər münasibətilə təbriklərini çatdırdı və ölkələrimizin bir-birilərinin uğurlarına sevindiyini dedi. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Belarusun bu cür yüksək səviyyədə təmsil olunmasının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bunu həm Belarusun Foruma verdiyi önəmin, həm də Azərbaycana göstərdiyi hörmətin göstəricisi kimi dəyərləndirdi.
Görüşdə dost və tərəfdaş ölkə olan Belarus ilə ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əməkdaşlığımızın münasibətlərimizin inkişafına töhfə verdiyi qeyd edildi.
Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş etdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olu