18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ERMƏNİSTAN AZƏRBAYCAN TORPAQLARINI TƏRK ETMƏLİDİR
Avropa Parlamentində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə dair Avropa üzrə Liberallar və Demokratlar Alyansı siyasi qrupunun üzvləri İvo Vayql (Sloveniya) ve Hannu Takkulanın (Finlandiya) təşəbbüsü ilə “Dağlıq Qarabağda çəkişmələrin eskalasiyası: Aİ üçün narahatlığa səbəb?” mövzusunda dinləmələr keçirilib. Tədbirdə həmçinin AP-nin digər üzvləri Norika Nikolai (Rumıniya), İveta Qriqule (Latviya) və Anneli Yaatenmaki (Finlandiya) iştirak ediblər.
"EMTV.az" xəbər verir ki, Tədbiri giriş sözü ilə açan İ.Vayql Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının vacibliyini vurğulayıb, eləcə də Azərbaycanın Ağdam rayonunda yerləşən köçkün şəhərciyinə səfərini yada salıb. O, Aİ-nin bu məsələyə ən yüksək siyasi səviyyədə daha böyük diqqət ayırmasının zəruriliyini vurğulayıb.
Münaqişənin hələ də öz həllini tapmamasını qeyd edən H.Takkula erməni təcavüzünün nəticələrinə diqqət çəkib, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.
Norika Nikolai BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin işğal altında olan Azərbaycan torpaqlarının azad olunmasını tələb etdiyini vurğulayıb və münaqişənin həlli prosesinin beynəlxalq hüquqa əsaslanmalı olduğunu önə çəkib.
Aİ-nin aparıcı tədqiqat qurumu sayılan Avropa Siyasət Mərkəzinin nümayəndəsi (European Policy Centre) münaqişənin həlli üçün Qərbin hərəkətə keçməli olduğunu, Ermənistanın bilərəkdən münaqişənin həllini uzatdığını bildirib.
Ekspert kimi dəvət olunmuş digər tədqiqatçı Denis Samut Şərq tərəfdaşlığı ölkələrində cərəyan edən münaqişələrlə bağlı Qərbi ayıq-sayıq olmağa çağırıb.
Dinləmələr zamanı Ermənistan tərəfini təmsil edən bir sıra şəxslərin tədbirin gedişatına təsir etmək cəhdlərinə baxmayaraq, onlar buna nail ola bilməyiblər, iştirakçıların səsləndirdikləri fikirlərdə işğal faktı öz əksini tapıb.