SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İordaniya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti barədə məlumatlandırılıb

19-04-2016, 18:41 | Oxunub: 9 766 |

İordaniya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti barədə məlumatlandırılıb
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovun bu ölkənin “Əl-Diyar” qəzetində aprelin 2-5-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı müsahibəsi dərc edilib.

Səfir münaqişənin tarixi haqqında məlumat verərək Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal altında saxladığını, bunun nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi daxil olmaqla, ərazisinin bir hissəsinin Ermənistan tərəfindən hərbi işğalının davam etməsi və Ermənistanın həmin ərazilərdə qeyri-qanuni hərbi mövcudluğu yaranmış gərginliyin başlıca səbəbidir. Məhz bu amil sülhün bərqərar olunması və münaqişənin siyasi yolla həll edilməsinə başlıca maneədir. Qoşunların təmas xəttində gərginliyin yaradılmasına görə Ermənistan tam məsuliyyət daşıyır.

Müsahibədə münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilərək sözügedən qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyi bildirilir.

Eyni zamanda, qoşunların təmas xəttində Ermənistan tərəfindən törədilən son təxribatların bir daha Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirdiyi və Ermənistanın bu cəhdlərinin status-kvonun saxlanmasına yönəldiyi diqqətə çatdırılır.

Səfir münaqişənin həll olunması ilə bağlı Azərbaycanın mövqeyinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə və beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslandığını vurğulayaraq, davamlı sülhə nail olmaq üçün yeganə yolun Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal edilmiş digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüquqlarının bərpa edilməsi olduğunu bildirib. Məqalədə münaqişənin yalnız Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna biləcəyi bir daha diqqətə çatdırılıb.

Bununla yanaşı, səfir qeyd edib ki, aprelin 2-də cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınaraq, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır silahlardan intensiv atəşə məruz qalıb. Erməni silahlı qüvvələrinin artilleriya hücumları nəticəsində bir neçə mülki şəxs həlak olub və ciddi yaralanıb, eyni zamanda, ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulub. Son hərbi əməliyyatlar Azərbaycan tərəfdən mülki əhalinin həlak olması və mülki obyektlərə ziyan dəyməsinə səbəb olub.

Müsahibədə bildirilir ki, Azərbaycan Silahlı Qüvvələri özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə lazımı addımlar atıb. Hazırda vəziyyət gərgin olaraq qalır. Təmas xətti boyunca Azərbaycanın mövqelərinin artilleriya da daxil olmaqla, ağır silahlardan atəşə tutulması davam edir. Ermənistan işğal olunmuş ərazilərdə əlavə raket və artilleriya qüvvələri yerləşdirməklə özünün ağır artilleriya imkanlarını gücləndirməyə cəhd edir və bu ölkənin hərbi helikopterləri işğal olunmuş ərazilərlə Ermənistan arasında intensiv uçuşlar həyata keçirib. Ermənistanın ardıcıl olaraq təxribatlar törətmək və gərginliyi artırmaq, işğal olunmuş ərazilərdə özünün hərbi mövcudluğunu gücləndirmək, demoqrafik vəziyyəti, zəbt etdiyi torpaqların mədəni və fiziki xarakterini qeyri-qanuni dəyişdirmək, qanunsuz iqtisadi və digər fəaliyyətlərlə məşğul olmaq, həmçinin erməni əhalisini bu ərazilərə köçürməkdə başlıca məqsədi açıq şəkildə Azərbaycan ərazilərinin ilhaqı və qəbuledilməz və qeyri-davamlı olan status-kvonun saxlanılmasıdır.

Ermənistan danışıqlar prosesini pozmaq məqsədilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son təklifləri də daxil olmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bütün təşəbbüslərini rədd edib. Bununla yanaşı, Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq, Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır. Rəsmi Yerevan həqiqətən də hərbi münaqişənin siyasi həllinin tapılmasında maraqlı deyil. Münaqişənin həllinin yeganə yolu BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların sənədlərində təsbit edildiyi kimi, erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasından keçir.

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistandan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan torpaqlarının qeyri-qanuni işğalını dayandırmağı, işğal olunmuş bütün ərazilərdən öz qoşunlarını çıxarmağı və münaqişənin həlli prosesində konstruktivlik göstərməyi tələb etməyə çağırır.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR