17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
GÖZ KLİNİKASINDA BAŞ VERƏN ÖLÜMLƏ BAĞLI AÇIQLAMA
Bakının Nərimanov rayonunda yerləşən “Brizol” (“Briz-L”) göz klinikasında baş verən ölüm hadisəsi ilə bəzi təfərrüatlar məlum olub.
"EMTV.az" xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə yanvarın 19-da baş verib.
Həmin gün “Brizol” göz klinikasında “hər iki gözün daxili müştərək çəpliyi” diaqnozu ilə gətirilmiş 2010-cu il təvəllüdlü Yusif İbrahimovun üzərində həyata keçirilən “hər iki gözün daxili düz əzələsinin 5 mm resessiyası” cərrahi əməliyyatından sonra səhhətinin pisləşməsi və ona göstərilən tibbi yardımlara baxmayaraq, orada ölməsi barədə rayon hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda ölüm hadisəsi ilə bağlı istintaq davam etdirilir.
Qeyd edək ki, “Brizol”dan bəzi KİV-lərə verilən açıqlamada “klinikada bu cür hadisənin baş vermədiyi” bildirilib.