17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
LƏNKƏRANDA AZYAŞLININ ÖLÜMÜ İLƏ BAĞLI CİNAYƏT İŞİNƏ XİTAM VERİLDİ-AÇIQLAMA
Lənkəranda yol-nəqliyyat hadisəsi zamanı azyaşlının ölməsi faktı ilə bağlı cinayət işinə xitam verilməsinin səbəbi açıqlanıb.
"EMTV.az" xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilənlərlə bağlı Baş Prokurorluq tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, 18 iyun 2014-cü il tarixdə saat 14 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru Mayəddin Hüseynovun xidmətdən kənar müddətdə idarə etdiyi “Nissan” markalı avtomobillə Lənkəran-Boradigah yolunun Xarxatan kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolun sağ tərəfində dayanmış mikroavtobusun qarşısından yolu qaçaraq keçmək istəyən Z.Əbilovanın azyaşlı oğlunu vurması və rayon mərkəzi xəstəxanasında vəfat etməsi faktına görə həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hadisə yerinə və meyitə baxış keçirilib, hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla hadisənin şahidləri dindirilib, müvafiq ekspertizalar təyin edilərək rəylər alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
İş üzrə dindirilmiş Z.Əbilova, eyni zamanda hadisənin bilavasitə şahidləri olmuş mikroavtobusun sürücüsü və sərnişinləri ifadələrində azyaşlının mikroavtobusdan düşərək yolun soluna tərəf qaçaraq qəflətən M.Hüseynovun idarə etdiyi avtomobilin qarşısına çıxdığını bildiriblər. Bundan başqa, təyin edilmiş məhkəmə-yol-nəqliyyat ekspertizasının rəyində də “Nissan” markalı avtomobilin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmaması göstərilib və onun hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun tələblərinə uyğunsuzluq müəyyən edilməyib. M.Hüseynovun əməlində cinayət tərkibi olmadığından 25 avqust 2014-cü il tarixli qərarla cinayət işinin icraatına qanuni və əsaslı olaraq xitam verilib.
Göstərilənlərlə yanaşı, cinayət işinin istintaqı zamanı, eyni zamanda cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan Z.Əbilova tərəfindən şikayət verilməyib, eləcə də aparılmış araşdırmalarla rayon prokurorluğunun əməkdaşları tərəfindən qanun pozuntusu hallarına yol verilməsi xüsusatları təsdiqini tapmayıb.