17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
SUMQAYITDA TÖRƏDİLMİŞ QƏTLİN ÜSTÜ AÇILDI
Yanvarın 18-də Sumqayıt şəhəri Ə.Vahid küçəsi 39 nömrəli evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilib. Zəruri prosessual hərəkətlər yerinə yetirilib və faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
"EMTV.az" xəbər verir ki, Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində bunun Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayevanın cəsədi olması müəyyən edilib, həmçinin cinayətin Sumqayıt şəhər sakinləri, 1961-ci il təvəllüdlü Şahbaz Xəlfəyev və 1991-ci il təvəllüdlü İslam Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, istintaq zamanı R.Ağayevanın yanvarın 17-də saat 23 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər tərəfindən küt alətlə çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürüldüyü müəyyənləşib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.