17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
DSK SƏDRİNİN OĞLUNU ÖLDÜRDÜLƏR
Bakıda işgəncə ilə öldürülən şəxslə bağlı bəzi faktlar məlum olub.
"EMTV.az" xəbər verir ki, yanvarın 7-də paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsi ev 4, mənzil 46 ünvanında qətlə yetirilən Fərid Abbasov 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğludur.
V. Abbasov açıqlamasında oğlunun qatillərinin hələ tapılmadığını bildirib: "Oğlum bir aydan çox idi tək yaşayırdı. Ailəsində söz-söhbət olduğu üçün həyat yoldaşı uşaqları da götürüb evdən gedib. Fəridin səhhətində də problemləri var idi. Biz şuşalıyıq. Qarabağ müharibəsində atılan top mərmilərinin səsindən onda psixoloji problemləri yaranmışdı. Dəfələrlə bundan müalicə də alıb. Ona görə də heç yerdə işləmirdi. Paltarını, yeməyini özüm aparırdım. Kimlərlə əlaqələrinin olduğunu bilmirdim”.
V. Abbasov hadisə ilə bağlı polisə ifadə verdiyini qeyd edib: "Hələlik istintaq gedir. Bildiyimə görə tutulan yoxdur”.
Qeyd edək ki, yanvarın 7-də Fərid Abbasovun üzərində zorakılıq əlamətləri (döyülmə üçün xarakterik olan) və qolları bağlı vəziyyətdə olan meyiti kirayədə yaşadığı Nizami rayonu R. Rüstəmov küçəsindəki mənzidə tapılıb.