18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İRANA QARŞI BİRLƏŞƏN ÖLKƏLƏR-SİYAHI
Səudiyyə Ərəbistanında şiə alimi Nimr ən-Nimrin edam edilməsindən sonra İranda bu ölkəyə aid nümayəndəliklərin yandırılması tərəflər arasında ciddi gərginliyə səbəb oldu.
"EMTV.az" xəbər verir ki, iki ölkə arasında son günlər davam edən qalmaqal digər ölkələrin də İrana olan münasibətində dəyişikliyə gətirib çıxarıb. Hücumlardan dərhal sonra Körfəz Ölkələrinin Əməkdaşlıq Şurasına üzv olan ərəb ölkələrinin toplantısı keçirildi.
Toplantıda Səudiyyə Ərəbistanının nümayəndəliklərinin yandırılmasına görə İran hökuməti kəskin tənqid edildi.
Hücumlardan dərhal sonra Səudiyyə hökuməti İranla diplomatik əlaqələri kəsdiyi barədə məlumat yaydı və iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verdi.
Bundan sonra Bəhreyn və Sudan da eyni addımı atdı.
İranla geniş ticarət əlaqələrinə malik olan BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) isə həmin gün İranla diplomatik əlaqələri ən aşağı səviyyəyə endirdi.
Küveyt və Qətər isə İrandakı səfirlərini geri çağırdı.
Digər tərəfdən Afrika ölkəsi olan Cibuti isə İranla diplomatik əlaqələri tamamilə kəsdi.
İran hökumətini qınayanların sayı daha da artdı.
Türkiyə Xarici İşlər Nazirliyi də açıqlamasında İranda Səudiyyəyə aid nümayəndəliklərinin yandırılmasından narahatlıq keçirdiyini bildirdi və gərginliyin siyasi yolla olunmasını istədi.
Pakistan və körfəz ölkəsi olan Oman da sözügedən olaylara görə İran hökumətini kəskin tənqid etdi və ciddi tədbirlər görülməsini tələb etdi.