18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
YENİ İSLAM İTTİFAQI YARADILDI
Dünyanın ən böyük şiə dövləti olan İran isə bu birlikdən kənarda qalıb
İslam ölkələri terrorla mübarizədə yeni ittifaq yaradıblar. "EMTV.az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət telekanalı olan “Arabiya TV” məlumat yayıb. İttifaqda Qatar, BƏƏ, Türkiyə kimi ölkələr daxil olsa da, İran kimi böyük şiə ölkəsinin birlikdə təmsil olunmaması diqqəti cəlb edir. Yaranan yeni təşkilatın adı belədir: Terrora qarşı İslam İttifaqı.
Bildirilir ki, yeni təşkilat həm də hərbi funksiyanı yerinə yetirəcək və terrora qarşı mübarizə aparacaq. Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılan təşkilatın mərkəzi ofisi Ər Riyad şəhərində yerləşəcək.
Maraqlıdır ki, təşkilatın bəyannaməsində “Məzhəbi və ya adı nə olursa-olsun bütün islamı pisliklərdən qorumaq” ifadəsi işlənsə də, ən böyük şiə ölkəsi olan İran bura üzv olmayıb.
İttifaqa daxil olan ölkələr bunlardır: Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, Pakistan, İordaniya, Tunis, Qatar, Liviya, Mali, Mərakeş, Somali, Sierra Leone, Sudan, Komor Adaları, Mavritaniya, Niger, Nigerya, Yəmən, Qabon, Maldiv adaları, Gvineya, Fələstin, Çad, Toqo, Cibuti, Seneqal, Malayziya, BƏƏ, Bəhreyn, Banqladeş, Benin, Livan və Küveyt.