18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
DOLLAR REKORD VURDU
Səudiyyə Ərəbistanı və İran arasında yaranan gərgin münasibətlər neft ilə yanaşı bəzi valyutalara da təsirsiz ötüşməyib.
"EMTV.az" xəbər verir ki, bu gərginlikdən ən çox ziyan çəkən isə Türkiyə milli valyutası lirə olub.
Belə ki, lirə dəyər itirərək son zamanların ən aşağı səviyyəsinə - 2.98-ə düşüb.
2015-ci il dekabrın 31-də 2.9100-2.9120 arasında olan dollar bu gün 3 lirəyə yaxınlaşıb.
Avro da türk lirəsi qarşısında möhkəmlənib - 3,2152.
Məlumat üçün bildirək ki, 2015-ci ilin əvvəlində dollar 2,50- 2,63 türk lirəsi idi. Avqust ayında isə lirənin məzənnəsi ilin ən aşağı səviyyəsində olub - 1 dollar - 3 lirə.
2015-ci ilin avqust ayına kimi dolların məzənnəsi
İki böyük dövlət arasında yaranan gərginlik fonunda neftin qiymətində də ötən gün cüzi bahalaşma olsa da, bu gün yenidən qiymət aşağı düşüb. Hazırda dünya bazarlarında “Brent” markalı neftin qiyməti 37.33 dollara, “Texas” markalı neftin qiyməti isə 36.84 dollara düşüb.
Mənbə: Bloomberg
Şiə din alimi Nimr Baqir əl Nimrin və 47 nəfərin Səudiyyə Ərəbistanında edam edilməsi İran və ümumilikdə dünya şiələri tərəfindən etirazla qarşılanıb.
İranda qarşı tərəfin səfirlik binasına raketli hücum olub. Səudiyyə Ərəbistanı isə iranlı diplomatların ölkəni tərk etməsi üçün vaxt vermişdi.
Bu hadisədən sonra Küveyt, Bəhreyn, Sudan da İranla əlaqələrini kəsib.