17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Ordubad rayonu ilin birinci yarısını yüksək göstəricilərlə başa vurub
Ordubad rayonu da cari ilin birinci yarısını yüksək göstəricilərlə başa vurub. Belə ki, rayonda yanvar-iyun aylarında 3 milyon 308 min manatlıq, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal olunub.
Emtv.az xəbər verir ki, Ordubad Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci yarımilinin yekunlarına həsr edilən müşavirədə bu faktları rayon icra hakimiyyətinin başçısı Elşad Məmmədov səsləndirib.
Qeyd olunub ki, bəhs edilən dövrdə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 18 milyon 529,9 min manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 2,1 faiz artaraq 17 milyon 977,3 min manat təşkil edib.
Bildirilib ki, hesabat dövründə rayonun Vənənd kəndində yeni tam orta və musiqi məktəblərinin, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, Ordubad şəhərində yeni yaşayış binasının, Anaqut kəndində məscid binasının tikintisi davam etdirilib. Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası və Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binaları əsaslı şəkildə təmir edilərək istifadəyə verilib. Hazırda Ordubad şəhərində içməli su və kanalizasiya sistemlərinin, Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Kənddaxili yollar cari təmir olunur, kommunikasiya xətləri yenilənir. Ordubad-Culfa magistral yolu əsaslı şəkildə yenidən qurulur.
Məruzəçi kənd təsərrüfatı sahəsində görülən işlərdən də söhbət açaraq vurğulayıb ki, son illərdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə rayona ümumi dəyəri 985 min 442 manat olan 151 texnika gətirilib. İlin ötən dövründə lizinq yolu ilə vətəndaşlara 13 texnika satılıb.
“Rayonda iyunun 1-nə 1998 hektar sahədə yazlıq bitkilər əkilib. Əkin sahəsinin 361 hektarını dənli və dənli-paxlalılar (qarğıdalısız), 578 hektarını kartof, 676 hektarını tərəvəz, 42 hektarını ərzaq üçün bostan bitkiləri, 274 hektarını cari ilin çoxillik otları, 67 hektarını birillik otlar təşkil edir”, - deyə Elşad Məmmədov qeyd edib.
Bildirib ki, rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən 57,5 kilometr məsafədə kanal və arxlar lildən təmizlənib, 12,4 kilometrlik içməli su xəttində təmir işləri aparılıb, 350 metr kaptaj təmir olunub, 100 metr uzunluğunda təzyiqli boru xəttində təmir işləri həyata keçirilib. Hər il olduğu kimi, bu ilin birinci yarısında da yaşıllaşdırma tədbirləri yüksək səviyyədə təşkil olunub, ümumilikdə 16 min 860 ting əkilib, 3 hektar sahədə yeni bağ salınıb, 14 hektar sahədə bərpa işləri aparılıb.
Müşavirədə rayonun bütün idarə, müəssisə və təşkilatları tərəfindən ilin birinci yarısında görülmüş işlərdən ətraflı söhbət açılıb. Məruzə ətrafında müzakirələr aparılıb.
Aysu Əliyeva,
Emtv.az