SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

2-07-2019, 18:18 | Oxunub: 9 544 |



İyulun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşüb.

Emtv.az xəbər verir ki, Ali Məclisin Sədri səfiri muxtar respublikada görməkdən məmnunluğunu ifadə edib.

Vladislav Kanevski Naxçıvana səfərə mühüm əhəmiyyət verdiklərini bildirib, göstərilən diqqətə görə minnətdarlıq edib. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdən danışan səfir Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafını bu baxımdan mühüm amil kimi dəyərləndirib, qarşıdakı dövrdə səylərini artıracağını bildirib.

Ali Məclisin Sədri blokada şəraitində yaşamasına baxmayaraq, Azərbaycanın Naxçıvan Muxtar Respublikasında tələbatın yerli istehsal hesabına ödənildiyini və ərzaq təhlükəsizliyinin təmin olunduğunu diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası ilə Ukrayna arasında iqtisadi-ticarət əlaqələrinin həcminin artan dinamika ilə davam etdiyini bildirən Ali Məclisin Sədri ali və ümumtəhsil məktəbləri arasındakı qarşılıqlı əməkdaşlıqdan danışıb, əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Mərhəmət Lələyev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR