18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Vasif Talıbov-dedi:“Azərbaycan və Rusiya dost ölkələrdir”
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.
Emtv.az xəbər verir ki, V. Talıbov Azərbaycanın və Rusiyanın dost ölkələr olduğunu və əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini bildirib.
Naxçıvanla Rusiya arasındakı əlaqələrin tarixinə nəzər salan Ali Məclisin sədri qeyd edib ki, hazırda ikitərəfli münasibətlər iqtisadi-ticarət, təhsil, hava nəqliyyatı və turizm sahələrində inkişaf etdirilir.
Naxçıvan şəhərində rusdilli məktəb fəaliyyət göstərir, ali təhsil müəssisələri arasında təcrübə mübadiləsi aparılır, Naxçıvan Dövlət Universitetində rus dili ixtisası, ümumtəhsil məktəblərində isə rus dili fənni tədris olunur.
Mixail Boçarnikov Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin, keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Əlaqələrin genişləndirilməsindən danışan diplomat Naxçıvana səfərinin bu mənada mühüm əhəmiyyət daşıdığını bildirib.
Xumar Rəsulova
Emtv.az
Paylaş.