SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTOLAR

9-04-2019, 16:20 | Oxunub: 14 562 |

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTOLAR

Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Ali Məclisin Sədri səfiri yenidən Naxçıvanda görməkdən məmnunluğunu bildirib, ötən il İndoneziya nümayəndə heyətinin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxı 2018” tədbirlərində iştirakına görə təşəkkür edib. Həyata keçirilən səfərlərin əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan Ali Məclisin Sədri Azərbaycan-İndoneziya əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və iqtisadi-ticarət əlaqələrinin genişləndiyini bildirib.

Ali Məclisin Sədri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolunu diqqətə çatdırıb, mövcud imkanların təhsil və turizm əlaqələrinin inkişafına zəmin yaratdığını vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edən Hüsnan Bəy Fanani muxtar respublikada olmaqdan şərəf duyduğunu qeyd edib. Nuhun vətəni Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsini və “Əshabi-Kəhf”in burada yerləşməsini muxtar respublikaya səfər edən İndoneziya nümayəndə heyətində dərin təəssürat yaratdığını deyən qonaq ölkəsində Naxçıvana böyük maraq olduğunu bildirib. Səfir muxtar respublika ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini və əməkdaşlıq üçün hazır olduqlarını diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTOLAR

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR