18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda pensiyalar vaxtından əvvəl verildi
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu noyabr ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb, pensiyaçıların şəxsi hesablarına 11 milyon 485 min manat köçürülüb.
Emtv.az xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Fond muxtar respublika ərazisindəki təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslərdən qanunvericiliyə müvafiq qaydada məcburi dövlət sosial sığorta haqlarının yığılması üçün mütəmadi olaraq işlər görüb. Ötən ay fondun gəlirləri 4 milyon 479 min manat proqnoza qarşı 6 milyon 173 min manat həcmində yerinə yetirilib, proqnoz tapşırıqlara 137,8 faiz əməl olunub, nəzərdə tutulan məbləğdən 1 milyon 694 min manat çox vəsait yığılıb.
Hesabat ayında muxtar respublikada 174 min manat işsizlik sığortası toplanıb və qanunvericiliyə uyğun olaraq işsizlikdən sığorta fondunun hesabına köçürülüb, pensiya hüququ yaranmış 95 vətəndaşa əmək pensiyası təyin olunub.
Yeni təyin olunan pensiyaçılardan 29-u yaşa, 19-u əlilliyə, 47-si isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub.
Mərhəmət Lələyev
Emtv.az