18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Milyarder erməni fahişəxanalar sahibəsinin mirası uğrunda SAVAŞ
Fahişəxanalar sahibəsi və sabiq vergi rekordçusu olan Matilt Manukyanın mirası uğrunda amansız savaş gedir.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Manukyanın oğlu Kerope Çilinqir və mirasdan pay almaq istəyən 36 iddiaçıya daha bir nəfər, Manukyanın qızı Dora Çilinqir də qoşulub.
Qeyd edək ki, Manukyan 2001-ci ildə vəfat edib. Bundan sonra onun mirasından pay almaq istəyən 36 nəfər yeganə mirascı Kerope Çilinqirə qarşı məhkəmə iddiası qaldırıb.
Məhkəmə Manukyanın əmlakı üzərinə nəzarət qərarı vermiş, habelə oğlu Keropenin rəsmi sənədləri saxtalaşdırmasına görə araşdırma aparmaq haqda qətnamə çıxarmışdı. İndi bəlli olub ki, Manukyanın qızı Dora da anasının əmlakın davasına daxil olur.
Doranın İstanbul məhkəməsində qaldırdığı iddiada deyilir: "Kerope Çilinqir ağır təhdidlərdən qorxaraq yoxa çıxıb. Uzun müddətdir ki, onunla əlaqə saxlamaq mümkün olmayıb və fərqli otellərdə yaşayır. Ən sonda bir otel nömrəsində yarı ölü halda tapılıb. Özəl xəstəxanada müayinə olunduğu zamanı aydın olub ki, uzun müddət çimməyib, yemək yeməyib və bir səfil həyatı yaşayıb".
İstanbul məhkəməsi Doranın tələbi üzrə Kerope Çilinqir qeydiyyatlı daşınmaz əmlakı üzərində ehtiyat tədbirləri görülməsi haqda qərar çıxarıb.
Seymur Rəhimov,
Emtv.az