18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ermənistan təcrid olunmuş, tullantılarla dolu bataqlığı xatırladır - “The Daily Caller”
Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət də gərgindir. İşğalçı ölkənin keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin rəsmən irəli sürülməsi narazılıqları artırıb. Hökumətə qarşı birləşən qüvvələr müddətsiz etiraz aksiyalarına başladıqlarını bəyan ediblər.
Ermənistanın yeni prezidenti Armen Sarkisyanın sərəncamı ilə aprelin 9-da baş nazir də daxil olmaqla, bütün nazirlər və hökumətin digər üzvləri istefaya göndəriliblər. Baş nazir postuna Serj Sarkisyanın namizədliyi rəsmən irəli sürülüb. Hakim Respublika partiyasına qarşı birləşən qüvvələr bunun əleyhinədir. İrəvanda müddətsiz etiraz aksiyalarına başladıqlarını bəyan edən “Sarkisyanı rədd edək” cəbhəsinin üzvləri, on il ərzində kifayət qədər əzildiklərini açıqlayıblar.
Ermənistan təcrid olunmuş, tullantılarla dolu bataqlığı xatırladır. Emtv.az-ın məlumatına görə , bu barədə isə ABŞ-ın “The Daily Caller” xəbər portalı yazır. Müəllifi Ceykob Kamaras olan məqalədə bildirilir ki, Ermənistanın regiona və dünyaya təhlükə yaradan mövqeyi son günlərdə xüsusilə ön plana çıxıb. Yazıda Erməni Milli Konqresinin üzvü Aram Manukyanın müsahibəsinə geniş yer ayrılıb. Manukyanın sözlərinə görə bütün bu ölkə sanki Qafqazda yoxdur. Belə vəziyyət artıq 20 ildir dəyişmir. Bu illər ərzində tikintisi Ermənistan deyil, Gürcüstan vasitəsilə həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu daxil olmaqla, bir çox layihələrdən kənarda qalmışıq. Bu gün isə Ermənistan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən və Çinin təşəbbüsü ilə həyata keçirilən İpək yolu layihəsindən kənarda qalmaqdadır” -deyə Manukyan qeyd edib. Erməni deputat ölkəsinin Azərbaycan, Gürcüstan və Türkiyənin pioner rolu oynadığı yeni İpək yolu layihəsindən kənarda qalmasından təəssüf hiss keçirir. “Biz sanki regionda yoxuq... Ermənistan iqtisadi mənada dalana dirənib. Ölkəyə heç kəs investisiya qoymur. Ölkədəki korrupsiya vəziyyəti daha da çətinləşdirir. Ermənistan getdikcə artan inflyasiyadan, həmçinin “beyin axını”ndan əziyyət çəkir. Aram Manukyan ABŞ və Ermənistanda yaşayan bir çox həmvətənindən fərqli olaraq hesab edir ki, ölkəsinin birinci və ən başlıca problemi Dağlıq Qarabağ münaqişəsidir. “Belə davam edə bilməz... Bu münaqişə inkişafa mane olur. Bu vəziyyətdən, quyudan çıxmaq lazımdır”- deyə Manukyan əlavə edib.
Emtv.az