SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

ATƏT PA-nın prezidenti: “Bakı-Tbilisi-Qars regionda həyat səviyyəsini yüksəldəcək”

31-10-2017, 14:10 | Oxunub: 8 220 |

ATƏT PA-nın prezidenti: “Bakı-Tbilisi-Qars regionda həyat səviyyəsini yüksəldəcək”

“Bakı-Tbilisi-Qars dəmir yolu olduqca əhəmiyyətli iqtisadi layihədir”.

Emtv.az xəbər verir ki, bunu apa-nın Gürcüstan bürosuna açıqlamasında ATƏT Parlament Assambleyasının (PA) prezidenti Gigi Sereteli deyib. O qeyd edib ki, bu gün Qafqazın Qərb və Şərq arasında vacib birləşdirici funksiyası artmaqdadır və burada bütün regionun marağı var: “Hazırda biz bütün dünyada “İpək yolu” mövzusunda fəal diskussiyalar aparırıq. ATƏT Parlament Assambleyasında Azərbaycanın təşəbbüsü ilə “İpək yoluna dəstək qrupu” yaradılıb”.

G. Sereteli bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə dünya iqtisadiyyatına və Avropa bazarına inteqrasiya asanlaşacaq: “Bununla yanaşı, daha yaxşı iqtisadiyyat siyasi vəziyyətə də müsbət təsir edir. Bu dəmir yolu Gürcüstan, Azərbaycan və Türkiyədə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, həmin ölkələrə daha çox investisiyaların cəlb olunması və yeni iş yerlərinin yaradılmasına kömək edəcək”.

Gürcüstan təmsilçisi bəyan edib ki, üç ölkə arasında strateji tərəfdaşlıq Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrlə sübut olunur: “Gürcüstan, Azərbaycan və Türkiyə çox sıx əməkdaşlıq edir və bu, olduqca vacibdir. Tarixi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gələcək onilliklərdə öz effektivliyini daha da çox göstərəcək”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR