18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ANS-in “Qızıl Fondu” uğrunda amansız savaş
ANS Şirkətlər Qrupunun “Qızıl Fondu” uğrunda amansız mübarizə başlayıb
Emtv.az yerli mətbuata istinadən xəbər verirki, ANS son zamanlar arxivdə eşələnir və materialları efirə çıxarırdı.
Amma efirə çıxarılan arxiv materialları bir o qədər də maraqlı görünmürdü. Ekrana buraxılmayan arxiv materialları var idi ki, bunun üstündə pərdəarxası savaş başlanmışdı.
Hazırda informasiya müharibəsi dövrüdür. Yuxarı dairələr imkan vermək istəməz ki, ölkənin bütün sferalarını əhatə edən “informasiya bombaları” üçüncü şəxslərin əllərinə keçsin. Bu baxımdan tam məntiqlidir ki, həmin arxiv dövlətin maraqlarından çıxış edən quruma təhvil verilə bilər.
Daha sonra qeyd olunur ki, dövlətin maraqlarından çıxış edən qurum AzTv ola bilər. Çünki ANS-in “Qızı Fondu”ndakı arxiv materiallar nə vaxtsa efirə buraxıla və ictimai rəyi bombardman edə bilər.
Mənbə qeyd edir ki, bu arxiv uğrunda mübarizənin ilkin mərhələsi də ANS-in yerləşdiyi binanın alınmasıdır. Azərbaycanın ilk müstəqil telekanalının arxivində ölkənin taleyüklü hadisələri və ictimai-siyasi prosesləri ilə bağlı çox ciddi video materiallar var. İllər ötdükcə həmin materialların bəziləri kompromat halına çevrilib.
Bildirək ki, telekanalın fəaliyyəti dayandırılsa da, telekompaniya ətrafında qalmaqallar səngimək bilmir. Bəzi məlumatlara görə, ANS-in ərazisi Zoologiya İnstitutuna məxsus olduğundan onun tezliklə geri alınacağı gözlənilir
Zoologiya İnstitutunun direktoru Elman Yusifov açıqlamasında ərazinin geri alınması ilə bağlı, iddiaçı qismində ola bilmədiklərini bildirib.
“Həmin ərazini geri qaytarmaq məsələsi tamamilə bizim nəzarətimizdən kənardadır. Ərazini geri almaq səlahiyyətimiz yoxdur. Elmlər Akademiyasının prezidenti, İşlər İdarəsi, Rəyasət Heyəti var. Bu məsələləri onlar həyata keçirə bilər”.
İnstitutun direktorunun sözlərinə görə, ANS-ın məskunlaşdığı əraziyə Əmlak Məsələləri Dövlət Komitəsi nəzarət edib. “Bütün əmlak dövlətə məxsusdur.
Zoologiya İnstitutu da dövlət müəssisəsidir. ANS-lə icarə müqaviləsini Əmlak Məsələləri Dövlət Komitəsi bağlamışdı. Artıq Dövlət Komitəsi ilə ANS Şirkətlər Qrupu arasında müqavilənin vaxtı bitib.
Şirkət ləğv olunduğuna görə, Əmlak Komitəsi də həmin müqaviləni ləğv edib. Buna baxmayaraq, onlar hələ də həmin ərazidədirlər. Politika.az bildirir ki, Qapılar möhürlənib, bağlanıb. Ərazi polis nəzarəti altındadır”.
Əmlak Məsələləri Dövlət Komitəsindən isə bildirilib ki, obyekt də, idarəçilik də Zoologiya İnstitutuna məxsusdur. Adıçəkilən ərazinin geri qaytarılmasına da nəzarət institutun iş prinsipinə daxildir. Qeyd edək ki, ANS-in yayımı bu ilin 18 iyulunda dayandırılıb.