17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Yollara yeni nişanlar qoyulacaq
Ölkədə yol hərəkətinin nizamlanması üçün əlavə iki nişan da tətbiq ediləcək.
Emtv.az xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir.
Parlamentin bugünkü iclasına çıxarılan qanun layihəsi barədə komitə sədri Əli Hüseynli məlumat verib.
Dəyişikliyə əsasən, qanunun 5 saylı Əlavəsinin “1. Üfüqi nişanlanma qrupu”na yeni “1.25. Nişanlanma xətti” (“sarı kəsişmə toru”) təklif olunur.
Layihədə bildirilir ki, yolayrıcların “sarı kəsişmə toru” ilə işarələnməsi həm də sürücülərin bu qaydaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xəta hallarının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə, müvafiq cərimələrin tətbiq edilməsinə imkan verəcək və yolayrıclarında yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaldacaq.
Təklif olunan növbəti nişanlardan biri isə “5.53. Daimi sağa dönmə” nişanıdır. Svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilən svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılan 5.53 nişanı bu yolayrıcında svetoforun siqnallarından asılı olmayaraq manevr qaydalarına (Başqa istiqamətlərdən gələn gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissəslərini keçməkdə olan və hərəkətinə icazə verilən piyadalara yol verilməlidir) riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir.
Təqdim edilən layihədə yol hərəkətinin səmərəli şəkildə təşkil edilməsi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin daha da etibarlı şəkildə təmin edilməsi üçün mühüm müddəalar nəzərdə tutulub.
Mərhəmət Lələyev,
Emtv.az