18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gələn aydan qarajlardan parklanma üçün istifadə edilməyəcək
Azərbaycanda qarajlardan nəqliyyat vasitələrinin parklanması üçün istifadə edilməyəcək.
Nazirlər Kabineti bununla bağlı “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” qərarında dəyişiklik edib.
Qərarla təsdiq edilən “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”yə əsasən, qaraj nəqliyyat vasitələrinin durması və parklanması üçün nəzərdə tutulan mühafizə olunan tikili sayılıb. Dəyişikliyə əsasən isə artıq qaraj yalnız nəqliyyat vasitələrinin durması üçün nəzərdə tutulan mühafizə olunan tikili olacaq. Bu qərar iyulun 1-dən qüvvəyə minir.
“Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nda da müvafiq dəyişiklik edilib.
Qeyd edək ki, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” qərarla təsdiq edilən “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə” pullu duracaq və qarajlarda nəqliyyat vasitələrinin saxlanılması qaydalarını müəyyən edir.
Beləliklə, fiziki və hüquqi şəxslər yaratdıqları pullu qarajlardan nəqliyyat vasitələrinin pullu parklanması üçün istifadə edə bilməyəcəklər.
Emtv.az