18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DİQQƏT! Bu yollarda xətlənmə işləri aparılır
Bakı şəhəri, Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində bu gün günorta saat 12:00-dan axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin çəkilməsi, həmçinin axşam saat 23:00-dan səhər saatlarına qədər Mirzəağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədilə xətlənmə işləri aparılacaq.
Emtv.az xəbər verir ki,Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən yerli mətbuata verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Aysu Əliyeva
Emtv.az