18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda keçmiş iş adamı güllələndi - Ailəsini itirib, fəhləlik edirmiş
Bakıda keçmiş biznesmen güllələnib.
Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata Nizami rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, Ucar rayonunun 40 yaşlı sakini Asim Hüseynovun cəsədi iyunun 24-də, axşam saatlarında Qara Qarayev prospektində tapılıb. Onun kürək nahiyəsində güllə yaraları aşkarlanıb.
Hazırda Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməliyyatçıları cinayəti törətməkdə şübhə bilinən şəxsin axtarışı ilə məşğul olurlar.
Şübhəli cinayət yerindən qaçıb.
İlkin araşdırma zamanı məlum olub ki, A.Hüseynovun daha əvvəl kiçik biznesi olub, tikinti materialları (ağac) satıb.
Lakin sonra o müflisləşib və hətta ailəsini itirib.
Məlumdur ki, A.Hüseynovun bir neçə şəxsə iri məbləğdə borcu yaranıb. Güman edilir ki, qətlin törədilməsinə məhz bu səbəb olub.
A.Hüseynovun son illər müəyyən yaşayış yeri olmayıb və müxtəlif obyektlərdə fəhlə kimi pul qazanıb. O, belə obyektlərin birinin ətrafında qətlə yetirilib.
Aysu Əliyeva
Emtv.az