SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda bir gecədə iki quldurluq hadisəsi edənlər tutuldu – Foto

12-01-2018, 14:42 | Oxunub: 8 216 |

Bakıda bir gecədə iki quldurluq hadisəsi edənlər tutuldu – Foto

Bakıda bir gecədə iki quldurluq hadisəsi törədən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Emtv.az-a verilən məlumata görə, Bakı şəhər sakini Roman Həsənov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verərək yanvarın 8-də paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 20 ünvanında iki nəfər tanımadığı şəxsin onun qarşısını kəsərək pul və mobil telefonunu tələb etdiyini, həmin şəxslərə müqavimət göstərən zaman küt alətlə ona xəsarət yetirərək hadisə yerindən qaçdıqlarını bildirib.

Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə ötürülən kimi dərhal “isti” izlərlə cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb.

Polis əməkdaşlarının operativliyi nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən İmişli rayon sakini Mirzalı Nuriyev və Lökbatan qəsəbə sakini əvvəllər məhkum olunmuş Elçin Əsədli müəyyən edilərək saxlanılıblar. Onların ətraflarında həyata keçirilən əlavə tədbirlərlə eyni tarixdə vətəndaş Sadıqlı Bəylər Cabir oğlunun da mobil telefonunu ələ keçirdikləri məlum olub.

Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayətləri etiraf edərək hər iki hadisəni həyata keçirmək üçün əvvəldən hazırlıq gördüklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami RPİ-yə müraciət edə bilərlər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR