SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“SƏDƏRƏK”də MAĞAZALAR BAĞLANDI – Ticarətçilər gömrük və vergiyə etiraz edirlər

24-06-2019, 19:00 | Oxunub: 10 153 |

“SƏDƏRƏK”də MAĞAZALAR BAĞLANDI – Ticarətçilər gömrük və vergiyə etiraz edirlər

“Sədərək” Ticarət Mərkəzində bir qrup sahibkar etiraz əlaməti olaraq bu gün mağazaları bağlayıblar.

İş adamlarından biri deyib ki, etiraza səbəb vergi ilə bağlıdır. O qeyd edib ki, vergi orqanları bir neçə gündür mağazaları yoxlayır və bütün əmlakı qeydiyyata alırlar. Qeydiyyata aldıqlarına görə də indiki pulun yox, yeni gələcək malın vergisini istəyirlər: “Yəni əgər keçən ay 10 min manat malın vardısa, 1 aydan sonra gəlib yoxlayırlar, 11 min manat pul olacaqsa, o zaman min manatın vergisini verməlisən. Sahibkarlar da buna görə narazılıq edir.

Onsuz da bazara yer pulu üçün ödəniş edəndə bunun içində vergilər də var. Onunla yanaşı bu vergini də tələb edirlər. 10-15 gün qabaq vergi nümayəndəsi ilə iclas keçirildi. Orada nümayəndə bildirdi ki, malları öz adınıza gətirin. Mənim də dükanıma 8,600 manat pul yazıblar. O qədər malım var. İclasda dedilər ki, malı öz adınıza gətirin, karqoyla deyil.

Mən də nümayəndəyə dedim ki, tək deyil, gömrük işçisiylə gəlsin. Gedib Türkiyədə firmaya girirəm şalvarın biri 10 dollaradır. Mən deyirəm ki, keçən ilki model alacam, bir az ucuz mal istəyirəm. Mənə keçən ilki 5 dollarlıq malı verir. 5 dollardan öz adıma alıb gətirirəm, 36% vergiyə ödəmə edəndə, deyirlər ki, bu mal 5 dollar deyil, 10 dollardır. Sən yəqin, sənəddə qiyməti azaltmısan. Biri var 5 dolların 36%-ni ödəmək, bir də var 10 dolların”.

Sahibkarın sözlərinə görə, malı 5 dollara gətirəndə gömrükdə bu qiymətlə qəbul etmirlər: “Birinci sistemi gömrükdən düzəltsinlər. Gəlib gömrükdə problem yaşamayacamsa, öz adıma mal gətirə bilərəm. Amma problem olacaqsa, elə 3 dolları karqoya verib gətirərəm. Gömrük ucuz malı ucuz qeydiyyata almır. Köhnə mal da olsa, yeni kimi hesab edib yeniylə hesablayır. Biri var paltaryuyan maşın istehsal edir. Çindən 5 dollar 30 sentə motor alıb gətirmişdi. Gəldi burada 4 gün saxladılar. Dedilər ki, bunun qiyməti 15 dollardır”.

Sahibkar bildirib ki, hazırda yalnız geyim mağazaları açıqdır. Amma təsərrüfat və şirniyyat deyilən ərazidəki mağazalar bağlıdır. Sahibkarlar bazar rəhbərliyinin ofisinin qarşısına toplaşaraq problemin həllini tələb edirlər.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bazara nəzarət edən şəxslər mağazasını açmayan sahibkarlara hədə-qorxu gəlib və mallarının dükandan çıxarılacağını deyiblər.

“SƏDƏRƏK”də MAĞAZALAR BAĞLANDI – Ticarətçilər gömrük və vergiyə etiraz edirlər

Hazırda “Şirniyyat” bölməsində olan bir sıra dükanlar açılıb. Lakin təsərrüfat bazarı tamamilə bağlıdır. Mağaza sahibləri baş verənləri telefon vasitəsilə lentə almağa çalışsalar da, nəzarətçilər buna imkan verməyib.

“Şirniyyat” bölməsində dükan sahibi olan Elməddin Mirzəyev bildirib ki, o da özünə məxsus bir neçə mağazanı bu gün açmayıb.

Təsərrüfat malları satışı ilə məşğul olan Fərid Nəsibov isə deyib ki, ticarət mərkəzində artıq əvvəlki kimi alver olmadığına görə yerhaqqının qaldırılması onlara sərf etmir: “Burada indi nə alver var ki, vergi qoyulur, icarə artırılır?! Təsərrüfat bazarı indi tamamilə bağlıdır. Səhərdən heç kəs dükanını açmayıb”.

Vaxtilə “Sədərək” Ticarət Mərkəzinin mühafizə xidmətində çalışan Kamran Zeynalov isə bildirib ki, belə məqamlarda rəhbərlik özü kənarda dayanaraq, mühafizəçilərlə dükan sahiblərini üz-üzə qoyur: “Mən hazırda “Sədərəy”in mühafizə xidmətindən ayrılmışam. Yaxşı ki, vaxtında oradan ayrılmışam. Belə məqamlarda rəhbərlik həmişə kənarda dayanırdı, mühafizə xidmətinin işçiləri ilə sahibkarları üz-üzə qoyurdu”.

Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzindən heç bir səlahiyyətli məsələ ilə bağlı suallarımızı cavablandırmadı.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR