18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nərimanov rayonunda ağac "qətliamı" - 15 ağacı kəsib, yerində bina tikirlər - FOTO
Bakının Nərimanov rayonunda ağaclar kütləvi şəkildə kəsilib.
Emtv.az xəbər verir ki, yerli mətbuata müraciət edən oxucu Nərimanov rayonunda ağacların budanması adı ilə kütləvi şəkildə kəsilməsindən şikayət edib. O bildirib ki, ağaclar kəsildikdən sonra həmin ərazidə yaşayış binası tikiləcək.
Oxucunun məktubunu olduğu kimi təqdim edir:
"Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yisifov küçəsində ( H.Əliyev prospekti, saatlı binanın arxa tərəfii )gözəl kiçik bir məhəllə var. Orada 150-ə yaxın ağac var. Həmin həyətdə ağaclar budanmaq adı ilə kökündən kəsilir. Artıq 15-a qədər ağac kəsilib. Ağacların əksəriyyəti nömrələnmişdir. Gerçək səbəb isə hündürmərtəbəli yaşayış binasının tikintisidir. Həmin həyətə ağacların kölgəsindən gün işığı düşmürdü. İllərlə böyüyb başa çatan ağaclar bir neçə saat içərisində məhv edilir".
Qeyd edək ki, Nazirlər Kabinetinin "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası" ilə bağlı qərarına əsasən diametri 4 sm-dək olan 1 ağac tikinti məqsədilə kəsildikdə 160 manat, digər məqsədlərlə kəsildikdə isə 80 manat ödəməlidirlər. Ağacın diametri artdıqca cərimənin məbləği də artır. Diametri 36 sm-dən artıq olan ağacın kəsilməsinə görə 800 manat cərimə müəyyən edilib.
Aynurə Kərimova,
Emtv.az