18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda qovaq ağacı kökündən sınaraq 7-ci mərtəbəyə düşdü
Bakıda güclü külək iki gün ərzində 100-dən çox ağaca ziyan vurub.
Emtv.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən yerli mətbuata verilən məlumata görə, paytaxt ərazisində 50-yə yaxın ağac kökündən qoparaq aşıb.
İki ağac avtomobil üzərinə, 5 ağac isə binaların eyvanına düşüb. Xətai rayonu ərazisində hündür ağ qovaq ağacı kökündən sınaraq 7-ci mərtəbəyə düşüb. YTB əməkdaşları kran vasitəsilə ağacı ərazidən götürüblər. Külək bu günə kimi birliyin balansına 10 min manatdan artıq ziyan vurub. Hazırda da müraciətlər gəlməyə davam edir.
Birlikdən bildirilib ki, dünən yağışın yağması qırılan ağacların sayının artmasına səbəb olub. Belə ki, yağan yağış ağacların kökünü yumşaldıb və ardıyca güclü külək onları kökündən qoparıb. Aşan ağacların əksəriyyəti artıq təmizlənib.
Birlik əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Nəzrin Abbaszadə
Emtv.az