17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bakıda güclü külək – Ağac avtomobilin üstünə aşdı
Ötən gün Bakıda əsən güclü külək nəticəsində sağlam, inkişafda olan bir ağac kökündən çıxaraq maşının üzərinə aşıb.
Emtv.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, ötən gün güclü külək nəticəsində Bakının Nizami rayonunda üçtikan şeytanağacı tamamilə kökündən çıxıb və pikap avtomobilin üstünə aşıb:
“Lakin maşının üzərində yük olduğundan avtomobilə güclü zərər dəyməyib. O yük olmasaydı, ağac maşına ciddi zərər vurardı”.
O.Məmmədov əlavə edib ki, güclü küləklə əlaqədar olaraq, Bakının Nəsimi rayonunda 4 yerdə, Yasamal rayonunda isə 2 yerdə ağacların budaqları sınıb. Onların arasında “Qırmızı kitab”a düşən 1 ədəd Eldar şamı ağacı da olub.
Emtv.az