18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Güclü külək Daşkəsəndə fəsadlar törədib- FOTOLAR
Mayın 19-da, saat 13.30 radələrində Daşkəsən rayonu ərazisində baş vermiş güclü külək, qasırğa nəticəsində bina və evlərə, o cümlədən Daşkəsən şəhərinin yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatına, minik avtomobillərinə ziyan dəyib.
Bu barədə Daşkəsən rayon İcra Hakimiyyətindən bildirilib. Məlumata görə, Daşkəsən şəhərindəki İ.Qayıbov küçəsi 30 və 30 a ünvanlarında yerləşən 5 mərtəbəli, S.Vurğun küçəsi 24a ünvanında yerləşən 2 mərtəbəli yaşayış binalarının dam örtüklərinə ziyan dəyib. Güclü külək İ.Qayıbov küçəsi 30a ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının dam örtüyünə daha ciddi ziyan vurub, dam örtüyü tamamilə sıradan çıxıb.
10-dan artıq elektrik dirəyi, 300 paqonmetrdən artıq elektrik kabeli, 3 rabitə dirəyi, 100 paqonmetrdən artıq rabitə kabelinin də sıradan çıxdığı bildirilir. Həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Mərkəzi Rayon Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.
Faktlarla bağlı aidiyyəti qurumlara məlumat verilib. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.