17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda güllələnən avtoritetin “Emin 444”lə bağlılığı var? - FOTO
Binəqədi rayonunda Mübariz Budaqlının odlu silahdan açılan atəşlə qətli ilə bağlı araşdırmalar davam edir. Rəsulzadə qəsəbəsində avtomobildə güllələnən Mübariz Budaqlının qətlinin kriminal dairələr arasındakı münaqişənin təzahürü ola biləcəyi ehtimalları var.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, qətlin "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətli ilə əlaqəli olması iddiaları da yayılıb. Həmin iddiaları təsdiq edən məlumatlar ortada yoxdur. Bununla belə, bu xəbərlərin israrlı şəkildə yayılması müşahidə edilir. Mübariz Budaqlının "Emin 444"ün qətlinin 1 ayının tamamına 3 gün qalmış öldürülməsi qətlər arasında əlaqə ola biləcəyi ehtimalını istisna etmir. Hər halda, bu məsələlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.
Mübariz Budaqlının "Emin-444"ün qəddar qətlinə cavab olaraq öldürülməsi iddiasının nədən yaranması bilinməlidir. Mübariz Budaqovun da, "Emin 444"ün də qətlləri kriminal süjetli filmi xatırladır. Mübariz Budaqovun olduğu avtomobili Binəqədi rayonu ərazində digər avtomobil təqib edib. Təqib edən "BMW"dən "Mercedes"ə atəş açılıb. Sürücünün yanında oturan şəxs güllə yarasından ölüb, sürücü canını qurtarıb.
Emin Səfərov (Sağda)
İstintaqın qənaətinə görə, hadisə baş verən gün Tərtər rayon sakini Vüsal Hüseynov idarə etdiyi "BMW-745" markalı avtomobillə Bakı sakini Nazim Qədirovun idarə etdiyi "Mercedes" markalı avtomobil təqib edilib. Bu zaman həmin avtomobilin sərnişini - Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açıb. Olay zamanı əvvəllər məhkum olunmuş Mübariz Budaqlı qətlə yetirilib. Cinayəti törədən Taleh Cəlalov və Vüsal Hüseynov tutulublar. T.Cəlalovdan lüləsi kəsilmiş "İJ-16" markalı tüfəng götürülüb.
İlkin araşdırmalar zamanı Mübariz Budaqlının 2017-ci ildə "İnterpol" xətti ilə beynəlxalq axtarışa verildiyi məlum olub. 1976-cı il təvəllüdlü Mübariz Budaqlının ictimai təhlükəli cinayətdə ittiham olunduğu bilinsə də, onun konkret olaraq hansı əməllərin sahibi olması haqda rəsmi məlumat yoxdur. Bilinən odur ki, Mübariz Budaqlı da "Emin 444" kimi yenicə həbsdən çıxıb və öldürülüb.
Mübariz Budaqlı ilə T.Cəlalov arasında uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər 2 nəfər T.Cəlalovun bir ailə üzvü haqda şayiələr yayıb. Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Hadisə baş verən gün isə T.Cəlalov M. Budaqli ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisəni törədib.
Bu qətldən 2 gün sonra "Emin 444"ün anası Məlahət Səfərova oğlunun qətlinə görə həbsə alınan kikboks üzrə dünya çempionu Zaur Yusifovun yaşadığı ünvanın qarşısına gedib. Məlahət Səfərova Yusifovların darvazası önündə oğlunun qətlində iştirak edən hər kəsin cəzalandırılmasını tələb edib.
Məlahət Səfərova oğlunun qətlə yetirildiyi yerin ətrafındakı binalarda videokameraların olduğunu, həmin videokameraların çıxarışlarının istintaqa təqdim edilməməsindən də şikayətlənib. Ölkə rəhbərliyinə müraciət edərək oğlunun qatillərinin hamısının həbs olunmasını istəyib.
"Emin 444" mayın 9-dan 10-na keçən gecə Bakının Binəqədi rayonunda qətlə yetirilib. Yaxınları iddia edir ki, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində 1 nəfər deyil, 6 nəfər iştirak edib. Onlar qətldə bir neçə bıçaqdan istifadə olunmasını da bunu təsdiqləyən məqam kimi təqdim edirlər. E.Səfərovun anası Yusifovların darvazası önündə bildirir ki, cinayət işində 1 bıçaq var, digər bıçaqları isə hadisə yerindən aparıblar.
E.Səfərovun qətlindən sonra 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyev tutulub. Sonradan isə onun kikboks üzrə müəllimi olan Zaur Yusifov da həbsə alınıb. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Səfərovlar iddia edirlər ki, "Emin 444"ün Həsən Tağıyevlə mübahisəsi olmayıb. Cinayət Həsən Tağıyevin təşəbbüsü ilə törədilməyib. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl dəfələrlə mübahisəsi onunla olub. Səbəb kimi də Zaur Yusifovun kasıblara sələmə pul verib onları incitməsini göstəriblər.
Binəqədi rayonunda 1 ay fərqlə törədilən hər 2 səs-küylü qətl işləri ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.
Aynurə Kərimova
Emtv.az