SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Kriminal avtoritetin qatilləri ilə bağlı YENİ XƏBƏR

8-06-2019, 12:11 | Oxunub: 12 163 |

Kriminal avtoritetin qatilləri ilə bağlı YENİ XƏBƏR

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində baş verən güllələnmə ilə bağlı iki maddə ilə cinayət işi başlanıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, iyunun 7-də Bakının Binəqədi rayonunda "BMW X-5" markalı, 10 VT 117 dövlət nömrə nişanlı avtomobildə olan naməlum şəxslər eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı 99 LG 085 dövlət nömrə nişanlı avtomobilin qarşısını kəsərək avtomobildə olan şəxslərə odlu silahdan atəş açıb.

Nəticədə avtomobildə olan Mubariz Budaqli baş nahiyəsindən iki güllə yarası alaraq hadisə yerində dünyasını dəyişib, avtomobilin sürücüsü Qədirov Nazim Rasim oğlu isə yaralı vəziyyətdə hadisə yerindən uzaqlaşa bilib.

Hadisəni törədən şəxslər "BMW X-5" markalı 10 VT 117 dövlət nömrə nişanlı avtomobillə qaçmağa cəhd etsələr də, bu, mümkün olmayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətmiş şəxslərdən ikisi - Hüseynov Vüsal Oruc oğlu və Cəlalov Taleh İbrahim oğlu şübhəli şəxs qismində tutulub, həmçinin T. Cəlalovdan insident zamanı istifadə olunan tüfəng maddi sübut kimi götürülüb.


Mərhəmət Lələyev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR