17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Emin 444”ün qətlini sifariş edən şəxs dövlət qurumunda işləyib - AÇIQLAMA
Bakıda kriminal dairələrdə “Emin 444” və “Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlini sifariş verən Zaur Yusifovun dövlət qurumlarından birində yüksək vəzifə tutduğu iddia olunur.
Saytlarda yazılan məlumata görə, o, Dövlət Miqrasiya Xidmətinin əməkdaşıdır.
Emtv.az xəbər verir ki,yerli KİV-in əməkdaşı məsələ ilə bağlı Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Kələntərli ilə əlaqə saxlayıb.
O, saytımıza açıqlamasında bildirib ki, adıçəkilən şəxs artıq qurumda çalışmır:
“Zaur Yusifov 2013-2017-ci ildə Miqrasiya Xidmətinin Bakı Regional İdarəsində inspektor vəzifəsində işləyib. 2017-ci ildə Dövlət Miqrasiya Xidmətindəki işinə xitam verilib”.
Qeyd edək ki, Zaur Yusifov Kikboksinq üzrə bir sıra beynəlxalq yarışların qalibidir. Gənclər və İdman Nazirliyi tərəfindən “Əməkdar İdman Ustası” adına layiq görülüb.
Xatırladaq ki, mayın 10-na keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində əvvəllər məhkumluğu olan Səfərov Emin Ehtiram oğlu qətlə yetirilib.
Bakıda kriminal dairələrdə “Emin 444” və “Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində altı nəfər iştirak edib.
Seymur Rəhimov
Emtv.az