17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Emin 444” Lotu Qulinin dostu imiş - Qətli sifariş edənin adı açıqlandı
Bakıda kriminal dairələrdə “Emin 444” və “Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində altı nəfər iştirak edib.
Qətl qurbanının qardaşı Elçin Səfərov Oxu.Az-a verdiyi açıqlamada qətlin ehtimal olunan sifarişçisinin adını açıqlayıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, mayın 10-a keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində əvvəllər məhkumluğu olan Səfərov Emin Ehtiram oğlunun qətlə yetirildiyini xəbər vermişdi. Bir neçə nəfər arasında düşən davanın gedişatından E.Səfərov çoxsaylı bıçaq xəsarətləri alıb və hadisə yerində keçinib.
İlkin məlumata görə, məhkəmə tibbi ekspert müayinəsi zamanı meyitin üzərində 40-a yaxın bıçaq yarası aşkarlanıb. 7-ci polis bölməsinin (Binəqədi rayonu) əməkdaşları qətli törətməkdə şübhəli bilinən – 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlunu saxlayıb.
Ancaq mayın 11-də mərhumun qardaşı redaksiyaya zəng vuraraq, Emin Massalinskinin qətlinə kimin sifariş verdiyini açıqlayıb.
Elçin Səfərovun sözlərinə görə, qətldən 10 gün əvvəl qardaşı və 6-cı mikrorayonda yaşayan sələmçi Z.Y. arasında ciddi münaqişə meydana gəlib. Z.Y. Emin Səfərovu gəncləri yoldan çıxarmasına biganə qalmayacağına xəbərdar edib. İddia olunur ki, Eminin qətlini Z. Y. sifariş edib:
“Qətl gecəsi Emin idmançı dostları ilə maşında olub. Avtomobilə Z.-nin atası Ə.Y. yaxınlaşıb və qardaşımla söhbət etmək üçün onu bir kənara çəkilməyə çağırıb. Emin hər hansı təhlükə hiss etmədiyindən, dostlarını buraxıb. O tək qalanda üzərinə altı nəfər hücum çəkib”, -deyə Elçin Səfərov bildirib.
Zərərçəkən tərəf iddia edir ki, cinayətkarlar maşına minərək, Elçinə 78 bıçaq zərbəsi endirib. Onlar onu tros vasitəsilə boğublar. Bütün bunlar məhkəmə-tibbi ekspert rəyində də göstərilib. Bundan başqa, münaqişədə konkret şəxlərin iştirak etməsinə işarə edən “WhatsApp” yazışmalar var.
Elçin Səfərovun bildirdiyinə görə, yalnız bir nəfər saxlanılıb, qalan qətl iştirakçıları isə azadlıqdadır. O əmin edir ki, bir neçə şəxsin qətldə iştirak etməsi faktını təsdiq edə biləcək şahidlər var.
Qeyd edək ki, mayın 11-də Elçin Səfərovu ifadə vermək üçün rayon prokurorluğuna çağırıblar.
Əldə etdiyimiz məlumata görə, “Emin 444” (onu sürdüyü avtomobilin dövlət nömrə nişanındakı rəqəmlərə görə belə adlandırıblar), kriminal dairələrdə avtoritetə malik olub, belə ki, qanuni oğru Nadir Səlifov (Lotu Quli - hazırda Dubayda yaşayır) qruplaşmasına aid olub, Emin Massallinski ləqəbi ilə tanınıb. Bundan başqa, mərhumun qardaşının dediyinə görə, Emin Qulinin yaxın dostu olub, onunla eyni həbsxanada – 8 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkib.
Emin Səfərovun adı 2013-cü ilin yanvar ayında qaldırılmış cinayət işində - Vüqar Orucovun qətli və Bəxtiyar Orucovun yaralanmasında hallanıb.
Cinayət hadisəsi yanvarın 28-də Nərimanov rayonunda törədilib. Həmin cinayətə görə E.Səfərov altı il azadlıqdan məhrum edilmişdi. Beş il cəza çəkdikdən sonra şərti azadlığa çıxmışdı.
Emin Massallinski ötən il odlu silah saxlamaya görə həbs olunmuşdu. Ancaq bu səfər də, dəmir barmaqlıqlar arxasında çox qalmamışdı. Səfərov bu yaxınlarda vaxtından əvvəl azad edilmişdi.
Nəzrin Abbaszadə
Emtv.az