17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz dininə, əqidəsinə sadiqdir - QMİ sədri
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iftar məclisləri təşkil etməsi, iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz mədəniyyətinə, dininə, əqidəsinə, milli ənənəsinə sadiqdir.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadə "Təzə Pir" məscidindəki Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında deyib.
A.Paşazadə bildirib ki, Prezident İlham Əliyevin, xarici dövlətlərin diplomatlarının, bütün dinlərin nümayəndələrinin Azərbaycanda təşkil olunan iftar məclislərində iştirak etməsi dünyaya Azərbaycanda olan tolerantlığı və multikultural həyatı göstərdi.
QMİ sədri Azərbaycanda dini durumun çox yaxşı olduğunu və dindarlar üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb.
A.Paşazadə dindarlar adından dövlətə təşəkkür etdiyini bildirib.
Aynurə Kərimova
Emtv.az