18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Leyla Əliyeva Moskvada iftar verdi - FOTOLAR
Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən iftar verilib.
Emtv.az apa-ya istinadən xəbər verir ki, iftar süfrəsi Moskva Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyilə baş tutub.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova bildirib ki, hər il Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Poklonnaya qora adlanan yerdə qurulan Ramazan çadırında "Azərbaycan Günü” keçirilir:
"Ramazan çadırı Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və islam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı əlaqələri möhkəmləndirmək məqsədilə həyata keçirilən vacib layihədir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə aktiv iştirak edir, inanclı insanlar üçün iftar süfrəsi açır”.
Ramazan çadırındakı "Azərbaycan Günü”nü açan Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev ötən il Azərbaycanda "İslam həmrəyliyi ili”nin qeyd olunduğunu vurğulayıb:
"İslam həmrəyliyi ili” çərçivəsində Bakıda və digər şəhərlərdə, o cümlədən Sankt-Peterburqda konfranslar və görüşlər keçirilib. Bu tədbirlərdə müsəlman xadimləri ilə yanaşı, pravoslav kilsəsinin nümayəndələri də iştirak ediblər”.
Tədbirdə "Əhli-Beyt” dini təşkilatının sədri Nizami Baloğlanov, Moskva Dövlət Universitetinin tələbəsi Ələkbər Qasımov və digərləri də çıxış ediblər.
Daha sonra Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub.