18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Heydər Əliyev Fondu Ağcabədidə və Goranboyda iftar süfrələri təşkil edib - FOTO
Heydər Əliyev Fondu Ramazan ayı münasibətilə mayın 28-də Ağcabədidə və Goranboyda iftar süfrələri təşkil edib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, iftar süfrələrində oruc tutanlar, din xadimləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkün və imkansız ailələrdən olan şəxslər iştirak ediblər.
İftar mərasimlərində din xadimləri tərəfindən müqəddəs Qurani-Kərimdən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb. Milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulanıb.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə görülən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən danışılıb. Birlik və sabitliyin hökm sürdüyü ölkəmizdə bütün din və təriqətlərin nümayəndələrinin dostluq-qardaşlıq şəraitində yaşadıqları, dini məbədlərin təmir və bərpa olunduğu, islami və milli-mənəvi dəyərlərin qorunduğu diqqətə çatdırılıb. Bildirilib ki, mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsi də cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Ramazan ayı ərzində bir sıra rayonlarda iftar süfrələri təşkil olunur.
Nəzrin Abbaszadə
Emtv.az