17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Azərbaycanın Səsi” İctimai Birliyi bu dəfə vətəndaşlara bayram sovqatı verəcək - FOTOLAR
“Azərbaycanın Səsi” İctimai Birliyinin ofisində qurumun "İdarə Heyəti"nin növbəti iclası keçirilmişdir.
Emtv.az xəbər verir ki, bu gün müzakirələrdən öncə “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri, yazıçı-publisist, xeyriyyəçi məşhədi Faiq Əhmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva başda olmaqla bütün Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə öz adından və rəhbərlik etdiyi qurum adından təbrik etmiş, ölkəmizə daha güclü inkişaf, vətəndaşlarımıza daha yüksək rifah halı arzulamışdır.
Bundan sonra müzakirələrə başlanmışdır. Bu dəfə iclasda müzakirə olunan mövzu Ramazan bayramı münasibətilə Birliyə yardım almaq üçün edilən müraciətlər olmuşdur.
Məlum olduğu kimi, 12 sentyabr 2017-ci ildən fəaliyyətə başlamış “Azərbaycanın Səsi” İctimai Birliyi yarandığı gündən respublikanın ictimai həyatında aktiv iştirakı ilə seçilib.
Müxtəlif aktual məsələlərə həsr olunmuş tədbirlərin yüksək səviyyədə keçirilməsi, sosial əhəmiyyətli layihələrin reallaşdırılması, xarici ölkələrdə fəaliyyət göstərən ictimai qurumlarla mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi “Azərbaycanın Səsi” İctimai Birliyinin fəaliyyətində prioritet istiqamətlərdən biri olmuşdur. Lakin bütün bunlarla yanaşı bir fəaliyyət istiqaməti də vardır ki, məhz bu istiqamətə Birliyin rəhbərliyi tərəfindən daim daha çox üstünlük verilib.
Belə ki, “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşhədi Faiq Əhmədov hər zaman əhalinin az təminatlı təbəqəsinin ehtiyaclarını xüsusi diqqət mərkəzində saxlamağı özünə borc bilib. Məhz bu səbəbdən də İB ölkəmizdə qeyd olunan bütün əlamətdar günlərdə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirib.
Birlik tərəfindən keçirilən xeyriyyə tədbirləri hər zaman xüsusi coşqu və daha böyük ruh yüksəkliyi ilə keçirilmişdir.
Belə tədbirlərin əsas məramı isə, dediyimiz kimi, az təminatlı ailələrə yardım göstərmək, onların zəruri ehtiyaclarının ən azından bir hissəsini ödəmək olub.
Təsadüfi deyildir ki, təkcə 2018-ci il ərzində “Azərbaycanın Səsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş xeyriyyəçilik tədbirlərində ümumilikdə 452 şəhid, qaçqın və məcburi köçkün ailələrinə, əlil və sadəcə imkansız insanlara ərzaq yardımları təqdim olunmuşdur.
Məhz bu səbəbdən də artıq neçə müddətdir ki, müxtəlif bayramlar və digər əlamətdar günlər ərəfəsində “Azərbaycanın Səsi” İctimai Birliyinin ofisinə aztəminatlı ailələr tərəfindən onlara ərzaq yardımı göstərilməsi xahişilə müraciətlər daxil olur.
Qeyd edək ki, bu müraciətlər xüsusi komissiya tərəfindən bütün ciddiliyi ilə yoxlanılır və yardıma həqiqətən də ehtiyacı olan ailələr müəyyənləşdirilərək, onlara yardım olunur.
Bu dəfəki Ramazan bayramı münasibətilə də “Azərbaycanın Səsi” İctimai Birliyinin ofisinə 37 ailədən müraciət daxil olmuşdur.
Həmin müraciətlər dəqiqliyi il araşdırıldıqdan sonra qurumun İdarə Heyəti tərəfindən 37 ailədən yalnız 29-na müqəddəs Ramazan bayramı münasibətilə bayram sovqatlarının verilməsi barədə qərar qəbul edilmişdir.
İclasda Birliyin sədri, yazıçı-publisist, xeyriyyəçi məşhədi Faiq Əhmədov da xüsusi komissiyanın çıxardığı bu qərarla razılaşmışdır.
Sonda məşhədi Faiq Əhmədov bu xeyriyyəçilik fəaliyyətində onlara daim göstərilən maddi və mənəvi dəstəyə görə “Bravo” marketlər şəbəkəsinin rəhbərliyinə və bu işdə əməyi olan hər kəsə öz dərin minnətdarlığını bildirmişdir.
"Azərbaycanın Səsi" ictimai birliyinin ictimaiətlə əlaqələr şöbəsinin müdiri
Nəzrin xanım Abbaszadə
Emtv.az