SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Ege Hospital”da YENİ BÖHRAN – Türkiyəli həkimlər Azərbaycanı tərk edir

31-05-2019, 16:47 | Oxunub: 12 149 |

“Ege Hospital”da YENİ BÖHRAN – Türkiyəli həkimlər Azərbaycanı tərk edir

Bakıda fəaliyyət göstərən məşhur “Ege” Hospitalda rəhbərliklə həkimlər arasında yeni böhran yaşanır.

Emtv.az xəbər verir ki,bu barədə yerli KİV-ə daxil olan məlumatda bildirilir ki, ötən il təmtəraqlı şəkildə rebrendinq edən və adını “Grand” Hopsitaldan “Ege” Hospitala dəyişən xəstəxanada işləyən türkiyəli həkimlər Azərbaycanı tərk etməyə başlayıb. Bildirilir ki, bir il əvvəl böyük ümidlərlə adını dəyişən və demək olar, bütün yerli kollektivi qalmaqallı şəkildə işdən qovaraq xəstəxanaya türkiyəli mütəxəssisləri dəvət edən rəhbərlik, reklam kampaniyalarına böyük büdcələr ayırsa da, gözlədikləri nəticələri ala bilməyiblər.

Adının “Grand” Hopsital olduğu dönəmdə müəmmalı ölüm faktlarının ardıcıl şəkildə ictimailəşdiyi xəstəxana bu mənfi reputasiyasını tamamilə unutdurmaq üçün inqilabi addım atmış, xəstəxananın adını dəyişmiş, onlarla azərbaycanlı həkimi işdən heç bir xəbərdarlıq etmədən bir həftənin içərisində işdən uzaqlaşdırəb, onların yerinə Türkiyədən mütəxəssislər dəvət etmişdi. Bu dəyişimlə eyni zamanda da böyük bir reklam kampaniyasına start verən, hətta tanınmış aparıcı Hacı Nuranı belə qalmaqallı formada özlərinin reklam simasına çevirən xəstəxana rəhbərliyinin ümidləri isə özünü doğrultmayıb. Əldə etdiyimiz məlumata görə, xəstəxanada işləyən türkiyəli həkimlərin Azərbaycanda işləmək icazə almaqda çətinliklər yaşaması və zaman-zaman rəhbərliklə yaşadıqları maliyyə problemləri onları ölkələrinə qayıtmağa sövq edib.

Türkiyəli həkimlərin ölkələrinə qayıtmaqlarının bir səbəbi kimi də onlara verilən böyük vədlərin yerinə yetirilməməsi göstərilir. Bildirilir ki, xəstəxananın rəhbərliyi həkimlərə yüksək maaşlar vəd edib Azərbaycana dəvət etsə də, bir müddət sonra bu vədlərini yerinə yetirməkdə çətinlik çəkməyə başlayıblar. Bunun səbəbi kimi isə klinikadakı fantastik qiymətlər göstərilir. Bildirilir ki, Azərbaycan standartlarında həddən artıq yüksək qiymətlərin təklif edildiyi bu xəstəxanada müraciət edənlərin sayı da xəstəxana rəhbərliyinin gözlədiyi qədər olmayıb. Buna görə də bir müddət sonra maliyyə problemləri yaşanmağa başlayıb.

Daha sonra Bakupost.az onu da əlavə edir ki, “Ege” Hopsitalın rəhbərliyi artıq büdcələrini kiçilməklə bağlı addımlar atmağa başlayıb. Bildirilir ki, xəstəxana türkiyəli həkimlərin böyük əksəriyyəti ilə vidalaşıb, lakin türkiyəli həkimlərin hamısı göndərilməyib. Yenidən ad dəyişikliyinə getməmək üçün türkiyəli bəzi həkimlərlə xəstəxanada işləməyə davam edəcək. Onlarla paralel şəkildə yerli həkimlər də xəstəxanaya cəlb edilir.


Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR