SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda təhsil alan “estetik cərrah” türkiyəli tibb bacısının dodaqlarını bu günə saldı

2-05-2017, 11:47 | Oxunub: 10 886 |

Azərbaycanda təhsil alan “estetik cərrah” türkiyəli tibb bacısının dodaqlarını bu günə saldı
Türkiyənin Adana şəhərindəki Çukurova Universitetinin Təhsil və Araşdırma Xəstəxanasında çalışan 22 yaşlı tibb bacısı Merve Keleş keçirdiyi estetik əməliyyatla tanınmaz hala düşüb. Əməliyyatdan yarım saat sonra qızın dodaqları şişib, xəstəxanaya yerləşdirilən qız indi dodaqlarını aralamaqda çətinlik çəkir.

Emtv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatı aparan estetik cərrah Azərbaycanda təhsil alıb.

Məlumatda deyilir ki, gənc qız internetdə estetik cərrah kimi reklam edilən Soner adlı həkimlə tanış olub, dodaqlarının formasını dəyişmək istəyib. Həkim əvvəlcə 500 lirə qarşılığında qızın dodaqlarına müvəqqəti dolgu (plomb) qoyub. Lakin dolgu bir həftəyə əriyib.

Araşdırma zamanı məlum olub ki, əməliyyat həkimin təklifi ilə evdə aparılıb. Çalışdığı klinikanın təmirə dayandığını iddia edən həkim 1000 lirə qarşılığında əməliyyatı evdə apara biləcəyini söyləyib. Amma əməliyyatdan yarım saat sonra qızın dodaqları şişməyə başlayıb, onu xəstəxanaya yerləşdiriblər.

Merve şiddətli ağrılarla yenidən Soner həkimə müraciət edib. Həkim isə dodaqlarına infeksiya düşdüyünü, xəstəxanaya müarciət etməsini məsləhət görüb. Adanadakı özəl xəstəxanaların birində antibiotiklə müalicə olunan tibb bacısının dodaqlarındakı ağrı və şişkinlik çəkilməyib. Merve təkrar müayinə olunub və onun dodaqlarına hələlik bəlli olmayan maye vurulub. Onun həmin mayedən allergiya olduğu müəyyənləşdirilib. Həkimlər vurulan mayeni birdəfəlik çıxara bilməyəcəkləri təqdirdə qızın dodaqlarını itirə biləcəyini söyləyiblər.

Güzgüyə baxmaqdan qorxan Keleş həkimdən şikayət edib. Telefonda iddiaları təkzib edən Soner isə ümumiyyətlə həkim kimi çalışmadığını, qadın bərbəri olduğunu deyib. “Mən özümü estetik cərrah kimi tanıtmamışam, qızı əməliyyat etməmişəm. Məndən pul istədilər, vermədiyim üçün iftira söyləyirlər”,-deyə ittiham olunan Soner bildirib.

Sonerin Instagram hesabında estetik cərrah olduğu, Türkiyədə 2 il tibb təhsili aldığın, bundan sonra təhsilini Azərbaycanda davam etdirdiyi yazılıb.

Həkimlər 18 gündür xəstəxanada müalicə alan qızın dodaqlarına vurulan mayenin tərkibini hələ də müəyyənləşdirə bilmirlər. Buna görə də müalicələr effekt vermir.

Türkiyədə ildə 50 min estetik cərrahiyyə əməliyyatları aparılır. Türkiyə estetik cərrahiyyə əməliyyatlarının statistikasına görə dünyada 9-cu yerdədir. Statistikaya görə, burun estetik əməliyyatlarında birinci yerdə Hollandiya dayanır. Sonrakı sırada Almanya, Fransa və Belçika durur. Mətbuat estetik əməliyyatdan sonra həyatını dəyişən qadınlardan yazmaqla insanları ehtiyatlı olmağa səsləyib. “Tanınmış müğənni Seda Sayan göz altındakı torbaları götürmək üçün əməliyyat olunub və kor olmaq risqi ilə üzləşib. Merve də dodaqlarını itirə bilər”, -həkimlər əlavə ediblər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR