20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
"Futbolçulardan xahiş etdim ki, cəsarətli olsunlar" - Sarri
"Nətiəcədən çox məmnunam. Bu mükafat azarkeşlər üçün də önəmlidir, bizim üçün də. Bu qələbəyə layiq idik. Yanvar və fevralda problemlər yaşadıq, amma bundan yaxşı nəticə çıxardıq və Çempionlar Liqasına vəsiqə qazandıq. Avroliqa isə 15 oyun keçirdik və uduzmadan qalib olduq. Bu mənim üçün çox önəmlidir".
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Maurisio Sarri Avropa Liqasının Bakıda keçirilən finalında "Çelsi"yə qalib gəldikləri (4:1) oyundan sonra mətbuat konfransında deyib.
- İlk hissə ilə ikinci arasında çox fərq oldu. Fasilədə nə baş verdi?
- Oyun bizim üçün çətin başlamışdı. Futbolçulardan xahiş etdim ki, daha cəsarətli olsunlar. Biz risk etməli idik və bunu bacardıq. İkinci hissədə çətin rəqibə qarşı çox yaxşı oynadıq. "Arsenal" əks-hücumda çox təhlükəlidir. Düşünürəm ki, azarkeşlər üçün də yaxşı oyun göstərdik.
- Hazardın gedəcəyini nə vaxt bildiniz?
- Hazard möhtəşəm oyunçudur. Amma 2-3 ay onunla vaxt keçirməlisiniz ki, insan kimi tanıyasınız. Bilirdim ki, Eden "Çelsi"dən getmək istəyir. Onun qərarına həmişə hörmətlə yanaşıram. Sabah klubun sahibi ilə danışacağıq. Müzakirə edib qərara gəlməliyik ki, görək mən klub üçün və ya klub mənim üçün nə edə bilər? Klubla müqaviləm var.
- Premyer Liqada qalmaq istəyirsinizmi?
- Siz gözəl bilirsiniz ki, Premyer Liqanın səviyyəsi çox yüksəkdir. Mən özümü xoşbəxt hiss edirəm ki, dünyanın ən yaxşı klublarından birində məşqçiyəm. Amma bilmək istəyirəm ki, görək klub mənim işimdən nə dərəcədə razıdır. Bu normal prosedurdur. Mən qalmaq istəyirəm, amma bu sadəcə mənim istəyimdir, bu isə hər şeyi həll etmir.
Seymur Rəhimov
Emtv.az