18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Azərbaycan Kubokunu qazanmağımız realdır"
"Zirə"nin hücumçusu Aleksandr Dedov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Səbail"i 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra brifinq keçirib.
Emtv.az xəbər verir ki, hücumçu yerli mətbuatın suallarını cavablandırıb.
- Oyunu özünüz üçün necə dəyərləndirirsiniz?
- Oyun bizim üçün çətin alındı. Çünki erkən qol buraxdıq. Amma düşünürəm ki, bu, bizi daha da motivasiya etdi. Qalib gəlmək istəyirdik.
- Buraxılan qoldan sonra sanki daha yaxşı oynamağa başladınız...
- Çünki qalib gəlmək istəyirdik. 0:0 və ya 1:1 haqda düşünmürdük. Məqsədimiz qələbə idi. Hamı işinin öhdəsindən yaxşı gəldi. Komandanı təbrik edirəm.
- Mükafat olacaq?
- Hələ heç kim heç nə açıqlamayıb. Klub prezidentindən soruşun, mənim özümə də maraqlıdır.
- Hər oyun demək olar ki, Samir Abasov daha çox sənə qışqırır. Bu, səni narahat edir?
- Abasov öz göstərişlərini verir. Onun göstərişləri mənə kömək olur. Baş məşqçi nəyisə deyəndə, bu, yaxşıdır, məni daha motivasiyalı edir. O, düzgün edir, mən də dediklərini 100 faiz yerinə yetirməyə çalışıram.
- Yarımfinalda hansı rəqibi gözləyirsiniz?
- Mənim üçün fərqi yoxdur. Həm "Neftçi", həm də "Sumqayıt" yaxşı komandadır.
- Builki çıxışınızı necə dəyərləndirirsiniz?
- İli yaxşı keçirmədik. Hazırda liqada son pillədəyik. Indi hamı istirahət edəcək. Hər şeyi daha düzgün etməyə hazırlaşacağıq. Məqsədimiz avrokuboklara yollanmaqdır.
- Komandadan ayrılacağınla bağlı söz-söhbət gedir. Bu, doğrudurmu?
- Hələ təklifim yoxdur. Olsa, danışacağıq. Maya qədər müqaviləm var.
- Kuboku götürməyiniz realdır?
- Biz indi yarımfinaldayıq. Finala çıxmaq üçün yarımfinalı keçməliyik. Yarımfinalda hələ iki oyunumuz var. Ancaq istənilən halda kuboku götürməyimiz realdır.
Seymur Rəhimov,
Emtv.az