SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Qrupu yaxşı nəticə ilə bitirmək istəyirdik” – Rəşad Sadıqov

5-12-2017, 18:42 | Oxunub: 10 110 |

“Qrupu yaxşı nəticə ilə bitirmək istəyirdik” – Rəşad Sadıqov

“Son oyuna çıxdıq. Qrupdan çıxma şansımız yox idi. Yaxşı oyun sərgiləyərək qrupu yaxşı nəticə ilə bitirmək istəyirdik. Nə isə alındı, nə isə yox. Sonda qapımıza vurulan 3 qolla barışmalı olduq. Amma buradan daha yaxşı nəticə ilə ayrılmaq istərdik”.

Bunu “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Gənclər Liqasının qrup mərhələsində “Roma” ilə keçirdikləri son tur matçından sonra deyib.

Komandasının qrupdakı 6 oyununu dəyərləndirən 35 yaşlı mütəxəssis təcrübə çatışmazlığının hiss olunduğunu bildirib: “Bu aydın məsələdir, yeni xəbər deyil. Ustalıqda bir qədər geri qalırıq. Hər bir matçda qırılma nöqtələri oldu. İlk turdan sonadək analiz etsək, görərik ki, oyunlarımız, ümumilikdə, pis getmirdi. Həmişə qopma nöqtələri olurdu. 5 dəqiqə də, 10 dəqiqə də qopurduq.

Hansısa standart və ya təhlükəli vəziyyətdən biz yox, rəqib yararlanırdı. Uşaqlar daha təcrübəli olsaydılar, heyətə daha çox vaxt ayıra bilsəydik, hər bir görüşdən daha sərfəli nəticə ilə ayrıla bilərdik. Bu heyət turnirə 2-3 həftə qalmış yığıldı. Əksəriyyəti yeni oyunçulardır. Yəni belə faktorların nəticələrə təsirinin olduğunu düşünürəm”.

Qeyd edək ki, “Qarabağ” UEFA Gənclər Liqasının qrup mərhələsini 3 xalla sonuncu pillədə başa vurub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR