18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Jezniçak: “Formalarımı yığıb xeyriyyə hərraclarında satıram”
“Qarabağ”ın futbolçusu Yakub Jezniçak komandasının Çempionlar Liqasının (ÇL) qrup mərhələsindəki çıxışları ilə əlaqədar “Przeglad Sportowy” portalının suallarını cavablandırıb.
Emtv.az report-a istindən polşalı müdafiəçinin müsahibəsini təqdim edir:
– “Atletiko” ilə oyunlardan əvvəl sensasiya barədə düşünürdünüz?
– Rəqiblərə baxanda, heç-heçənin çətin tapşırıq olduğunu fikirləşirdim. Bəlkə də möcüzə deyil, futbolda necə olacağı bilinmir. Lakin mən rəqiblərin gücünü qiymətləndirirdim. Rəqiblərdən hansının zəif olmasına baxmırdım. Çünki hamısı Avropanın güclü kollektivləridir. İki oyunumuz var və mübarizə aparacağıq. Öz aramızda zarafat edirik ki, 3-cü yerə yüksələcəyik. Lakin bunun üçün “Çelsi” və ya “Roma”nı məğlub etməliyik. İtaliyalılar növbəti turda “Atletiko”nu üstələsələr, qrupdan çıxacaqlar. Belə olan halda bizə qarşı ehtiyat heyətlə oynaya bilərlərmi? Bunu bir kənara qoyaq. “Atletiko” ilə matçlarda əldə edilən nəticələrdən xoşumuz gəldi.
– İspaniyalılarla hansı matç daha çətin oldu?
– Madriddəki. Bakıdakı heç-heçə isə tarixi əhəmiyyət daşıyır. Çünki Azərbaycan komandasının ÇL-də ilk xalı idi. Səfərdə daha çətin oyun gözləyirdik. “Atletiko”nun yalnız buraxılan qoldan sonra hücumlarının sayını artırması məni təəccübləndirdi. Pedro qırmızı vərəqə aldı və irəli atıldılar. Lakin biz duruş gətirə bildik. “Çelsi” ilə matçdan sonra tənqid olunan İbrahim Şehiç Madriddə son dəqiqədə komandanı məğlubiyyətdən qurtartdı.
– “Atletiko” ilə görüşdən əvvəl sosial şəbəkədə şəkil paylaşmışdınız və belə bir qeyd yazmışdınız: “Yenə Madriddə. Bir il əvvəl “Real Madrid”, indi isə “Atletiko”. Həqiqətən də həyat 30 yaşdan sonra başlayır”. Oktyabrın 26-da 31 yaşınız tamam oldu…
– Son iki mövsümdə ÇL-in qrup mərhələsində oynamağa başladım. Bu həm də “Legiya” və “Qarabağ”ın arzularının zirvəsidir. Hər iki halda azarkeşlər uğursuzluğa düçar olacağımızı düşündülər. Lakin biz azarkeş deyilik, cəsarətlə mübarizə aparırıq. Mən də bu mübarizədə iştirak edirəm və komandama köməklik göstərirəm.
– Oyunlarda özünüzü necə hiss edirsiniz?
– Hər bir futbolçu dünyanın ən yaxşı oyunçularına qarşı çıxış etmək istəyir. Mən milli üzvü deyiləm deyə, bunun üçün yeganə şansım ÇL-dir. Avropa Liqasında Kriştianu Ronaldu, Qaret Beyl, Edin Ceko, Antuan Qrizmann və ya Eden Azar yoxdur. Onları televizorda izləmişdim. İndi isə meydanda üz-üzə gəlirəm. ÇL matçları yığma komandaların oyunlarında fərqlənir. “Real” və “Atletiko”ya qarşı təzyiq və stres yoxdur. Futbolçular görüşdən həzz alıralar. Hiss edirlər ki, dünyanın ən yaxşılarına qarşı oynayırlar.
– Kiminləsə futbolkanızı dəyişmisiniz?
– Bunu heç vaxt etməmişəm. Öz formalarımı yığıram. Daha sonra xeyriyyə hərraclarında satıb, əldə olunan vəsaiti bu yöndə istifadə edirəm. Karyeramı bitirdikdən sonra muzey açmağı planlaşdırmıram.
– ÇL matçları üçün Bakıdan hər yerə məsafə uzaqdır…
– Madridə 7 saata uçduq. Bazar günü axşam İspaniyada idik. Oyundan dərhal sonra da geri qayıtdıq. Səfər imkanlarımız əladır. Təyyarədə hər bir futboçu üçün 4 oturacaq ayrılır deyə, yatmaq da olar. Qayıdış daha üzücü olur. Lakin yaxşı nəticə ilə dönəndə adam yorulmur. Bu, psixoloji məqamdır.
– Harada yaxşı nəticə üçün daha çox təzyiq vardı: “Legiya”da, yoxsa “Qarabağ”da?
– Azərbaycanda harada və kimlə qarşılaşmağımızdan asılı olmayaraq, azarkeşlər hər zaman yaxşı nəticəyə ümid edirlər və çox inanıralar. Baş məşqçimiz Qurban Qurbanov gözüyumulu topu qabağa vurmağı xoşlamır. Rəqib imkan verəndə irəliyə getmək üçün özümüzə yol açmağa və ya nəsə tədbir görməyə çalışır. “Legiya”da böyük təzyiq və inam var idi. Lakin məğlubiyyətdən sonra heç kim başını itirmək istəmir.
– “Legiya”nı ən yaxşı vaxtda, yoxsa bir az gec tərk etdiyinizi düşünürsünüz?
– Gec olması heç vaxt ağlıma gəlməyib. Varşavada gözəl günlər keçirmişəm. Düşünürəm ki, vaxtında getmişəm. Bu barədə mənə çoxları deyib. Əlbəttə, bunu “Qarabağ” ÇL-in qrupuna düşəndən sonra söyləyiblər. Əvvəldən nə olacağı bilinmirdi. “Qarabağ”ın səviyyəli heyəti var. Bir çox futbolçular “Legia”da çıxış edəcək gücdədirlər.
– Sabiq komandanızın oyunlarına baxırsınız?
– Bəli, baxıram. “Legiya”da baş verənlər məni maraqlandırır. Komanda qalib gəlməyə başladığı üçün şadam. Hazırda ikinci pillədədirlər, ilin sonuna qədər zirvədə olmalıdırlar.
– “Qarabağ” udar, yoxsa “Legiya”?
– Mənim indiki formamla və hazırkı heyətlə “Qarabağ” qalib gələr. Hərçənd, bizim üçün uğursuzluğun da baş verməsi istisna deyil.
– Azərbaycanda həyat necədir?
– 9 əcnəbi futbolçu ilə birgə Port-Bakuda yaşayırıq. Orada ticarət mərkəzi ilə yanaşı, çoxmənzilli binalar var. Yaxşı kafe və restoranlar mövcuddur. Burada gördüklərim müsbət mənada məni təəcübləndirdi. Bazar ertəsi havanın temperaturu müsbət 26 dərəcə idi. Polşadan fərqli olaraq insanlar xoş, xeyirxah və faydalıdırlar.
– Yeni şərtlərə uyğunlaşmısınız?
– Hər kəs mehirbandır və kömək etməyə hazırdır. Komanda yoldaşlarım və məşqçilərlə yaxşı əlaqə qurmuşam. Lakin hələ mühitə uyğunlaşmağa zamanım olmayıb. “Visla”nın sabiq futboçusu Donald Gerrye ilə eyni vaxtda “Qarabağ”la müqavilə bağlamışıq. Uyğunlaşmaq üçün bir neçə həftə lazım olur. Burada dərhal yüksək səviyyədə oynamalısan. Klub köməklik göstərir, amma həm də tələb edir.
– 10 komandanın mübarizə apardığı Azərbaycan Premyer Liqasında lidersiniz və ən yaxın izləyiciniz “Zirə”dən bir oyun az keçirmisiniz. 3-4 gündən bir meydana çıxmaq çətin deyil?
– “Zirə” və “Qəbələ” istisna olmaqla, digər rəqiblərlə təkqapı oynayırıq. Baş məşqçimiz rotasiya üsulundan istifadə edir, hər matçda 5-6 futbolçunu dəyişir. Həmçinin, “Atletiko” ilə ikinci matçda da ilk oyunla müqayisədə 3 dəyişiklik etmişdi: müdafiədə, orta xətdə və hücumda. Lakin fərq görünmürdü. Hər kəs öz yerini bilir, oynamayanlar incimir.
– Qurban Qurbanovu necə xarakterizə edərdiniz?
– Tələbkardır. Demək olar ki, heç vaxt gülmür. Lakin çox yaxşı baş məşqçidir.
– “Atletiko” ilə matçlardakı uğuru Azərbaycanda necə qeyd etdilər?
– Xüsusi qeyd etmədik. ÇL-də qrupa düşəndə paltardəyişmə otağında rəqs edirdik. Komandada çoxlu sayda müsəlman var. Spirtli içkiyə yaxşı baxmırlar. Hər bir əcnəbi buna hörmətlə yanaşır. Qaydaları baş məşqçimiz müəyyənləşdirir.
– Azərbaycana getdiyiniz üçün çox məmnunsunuz?
– Azərbaycana getməzdən əvvəl burada ilk aylarımın bu cür olacağını söyləsəydilər, inanmazdım. Burada gördüklərim – komanda, şəhər, yaşam şərtləri, futbol və nəticələr istənilən arzumu üstələdi.
Emtv.az