18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Arsenal”ın baş məşqçisi: “Qrupumuzdakı hər 3 komandaya hörmətlə yanaşmalıyıq”
“Qrupumuzdakı hər 3 komandaya hörmətlə yanaşmalıyıq. Bu yarışda böyük bir yol keçmək istəyirik. Bir-birindən fərqli oyunlar və fərqli səfərlərimiz olacaq”.
Bunu İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.
47 yaşlı mütəxəssis bildirib ki, həftədə iki oyun keçirmək fiziki cəhətdən ağırdır: “Bu, matça hazırlıq üçün az vaxtın olması və fiziki hazırlığın tamamlanması baxımından çətindir. Lakin biz bunun öhdəsindən gəlmək, çoxlu oyun keçirmək istəyirik. Milli komandaların oyunları ilə əlaqədar fasilə başa çatdıqdan sonra xeyli matça çıxacağıq. Çoxlu oyunçumuzdan yararlanacağımıza təminat verə bilərik”.
İspaniyalı baş məşqçi “Sevilya”dakı dövrlə müqayisədə “Arsenal”la bağlı durumun fərqli olduğunu söyləyib: “Mən karyeramın hər bir dəqiqəsində öyrənmişəm. İndi isə oyundan-oyuna daha da yaxşı olmağa davam etmək istəyirəm. Hər bir oyun 90 dəqiqədən ibarətdir. Rəqiblərə hörmətlə yanaşıram. Lakin biz hər bir matçda oyunumuzu yaxşılaşdırmaq niyyətindəyik. Bu, həm Avroliqa, həm də Premyer Liqa matçımıza aiddir”.
Qeyd edək ki, “Arsenal” Avropa Liqasında “Qarabağ”, Portuqaliya “Sportinq”i və Ukrayna “Vorskla”sı ilə birgə E qrupunda yer alıb.
Sevinc Əlimova,
Emtv.az